Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında Kali Linux əməliyyat sistemində proseslərin idarə edilməsi kommandalarını yerinə yetirəcəyik.
Linux proseslərin idarə edilməsi
Kali əməliyyat sistemində başladılmış bütün prosesləri göstərən tövsiyə etdiyim bir proqram var. Htop belə adlanır.Kali ƏS susmaya görə əvvəlcədən yüklü şəkildə gəlmir biz əvvəlcədən yükləməliyik.
┌──(root㉿kali)-[~]
└─# apt install htop -y
htop is already the newest version (3.3.0-4).
Proqramın qurulmasından sonra proqramı htop kommandası ilə işə salırıq.

Burdan bütün baş verən proseslərin PİD (process id), istifadəçisi, kommandası və digər xüsusiyyətləri göstərilib. Yan terminalda icra etdiyin nmap skanıda burada göstərilib.(PİD=3769)
Baş verən proseslərin göstərilməsinin digər bir üsulu isə “ps” kommandasından istifadə etməkdir:
ps -ua
- -a : Bütün prosesləri göstərir.( məhz bir istifadəçinin proseslərinə baxmaq üçün -x parametrindən istifadə edin.)
- -u : Daha ətraflı məlumat verir.(CPU,MEM və s.)
Hər hansı bir tapşırıqı və ya prosesi sonlandırmaq üçün onun PİD bilmək lazımdır, sonra isə “kill” kommandasından istifadə edərək onu sonlandıra bilərsiniz.
kill (PİD)
Əgər sistem sizə prosesi sonlandırmağa icazə vermirsə “-9” parametrindən istifadə edərək onu sonlandıra bilərsiniz.
kill -9 (PİD)
Niyə məhz 9?
İki parametrdən istifadə olunur bunlar aşağıdakılardır:
1️⃣ kill PID (SIGTERM) → Normal şəkildə bağlamağa cəhd et. (-15 istifadə edir susmaya əsasən)
2️⃣ kill -9 PID (SIGKILL) → Əgər reaksiya vermirsə, məcburi öldür
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram: https://t.me/xakeraz_official