Pythonda İterasiya,while və for Dövrləri Tətbiqi
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda İterasiya nədir? Pythonda Dövrlərin tətbiqi? Pythonda while nədir? Pythonda for nədir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Dövrlər
İterasiya operatorları bizim şərtimiz yerinə yetirənə kimi dövrləri bir neçə dəfə icra edəcəkdir.Yaxşı bir nümunə kimi yuxarıdakı paylaşımda parolu daxil etmək üçün istifadəçiyə bir neçə şans verə bilərik. Bunu iterasiya operatorları ilə tətbiq edirik və While, for operatorları ilə yerinə yetirə bilərik.
While Dövrü
While operatoru ilə bir istifadəçiyə parolunu 3 dəfə daxile etmək şansı verəcəyik. Əgər bu 3 şansda parolu düzgün daxil etməzsə, sistemdən atılacaqdır.
def login(password):
if (password == "MrRobot"):
print("Welcome to FSociety!")
else:
print("Wrong Password! ")
attempts= 0
while (attempts < 3):
secret = input("Enter your pass: ")
login(secret)
attempts=attempts+1
if (attempts==3):
print ("Maximum Daxil Olma Cehdi Yerine Yetirildi!!!")
Kodu icra etdikdən sonra 3 şansada səhv parolu daxil etdikdə bu haqqda bizə məlumat verir.
┌──(root㉿kali)-[~]
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
Enter your pass: a
Wrong Password!
Enter your pass: v
Wrong Password!
Enter your pass: x
Wrong Password!
Maximum Daxil Olma Cehdi Yerine Yetirildi!!!
For Dövrü
Biz yuxarıda əldə etdiyimiz nəticəni eləcə də for dövrü ilə daha rahat bir şəkildə əldə edə bilərik. Bir çox məsələlərin həllərində əsasən for dövründən istifadə olunur.
def login(password):
if (password == "MrRobot"):
print("Welcome to FSociety!")
else:
print("Wrong Password! ")
for attempt in range(0,3):
secret = input("Enter your pass: ")
login(secret)
if (attempt==2):
print ("Maximum Daxil Olma Cehdi Yerine Yetirildi!!!")
Kodun nəticəsi eyni olacaqdır. Yalnız burada hər daxil etdiyim parol yerinə attempt dəyişəninin dəyərini daxil etmişəm.
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
Enter your pass: 0
Wrong Password!
Enter your pass: 1
Wrong Password!
Enter your pass: 2
Wrong Password!
Maximum Daxil Olma Cehdi Yerine Yetirildi!!!
Skriptin koduna nəzər yetirdiyimiz zaman range(0,3) o deməkdir ki, for dövründə hər dövrdə 0,1,2,3 dəyərlərini sıra ilə mənimsəyib icra edəcəkdir. Burada if (attempt==2): hissəsi ilə dövr 3 dəfə təkrarlandıqda dövrün bitməyini bildirir.
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat