SAM faylı nədir? SAM nədir? Pwdump nədir?Pwdump necə istifadə olunur? Pwdump ilə hashlərin dump edilməsi necə edilir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
SAM faylı və Hashlərin Dump Edilməsi
SAM (Security Account Manager) faylında Windows əməliyyat sistemi tərəfindən istifadəçi hesablarının hashləri yer alır.SAM faylı %SystemRoot%/system32/config/SAM adresində yerləşdirilmişdir və HKLM\SAM olaraq bərkidilmişdir.
Təəsüfki, bizim bunu oxumağa icazəmiz yoxdur, hətta biz sistemdə Administrator olsaq belə (SYSTEM hesabı xaric). Məhz bu əməliyyatı yerinə yetirmək, hashləri dump etmək üçün xüsusi proqramlardan istifadə olunur.
Pwdump – SAM faylından hashlərin dump edilməsi üçün mükəmməl alətlərdən biridir. Alətin son versiyası olan Pwdump 8 (Windows 10 ƏS dəstəkləyir) yükləmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.
https://www.openwall.com/passwords/windows-pwdump
C:\Users\Rose\Desktop\pwdump8>pwdump8.exe
PwDump v8.2 - dumps windows password hashes - by Fulvio Zanetti & Andrea Petralia @ http://www.blackMath.it
Administrator:500:AAD3B435B51404EEAAD3B435B51404EE:31D6CFE0D16AE931B73C59D7E0C089C0
Guest:501:AAD3B435B51404EEAAD3B435B51404EE:31D6CFE0D16AE931B73C59D7E0C089C0
Varsay?lanHesap:503:AAD3B435B51404EEAAD3B435B51404EE:31D6CFE0D16AE931B73C59D7E0C089C0
WDAGUtilityAccount:504:AAD3B435B51404EEAAD3B435B51404EE:A8011068C311236BEB09EFBBF925E763
Rose:1001:AAD3B435B51404EEAAD3B435B51404EE:2C370EA421435086C1A5D4D26E09C29C
Cmd proqramını Administrator kimi başladıb Pwdump alətini istifadə etdikdə SAM faylından hashləri dump edərək qarşımıza gətirir. Yuxarıdan görüldüyü kimi bütün istifadəçi hesabları eyni şablon üzrə təyin olunub:
[istifadeci adi]:[istifadeci nomresi]:[AAD3B435B51404EEAAD3B435B51404EE]:[NTLM hashi]
SAM faylının tərkibindən iki vacib dərs çıxarmalıyıq.1-ci bütün hissələr bir birindən qoşa nöqtə (:) ilə ayrılır. 2-ci konstant olan AAD3B435B51404EEAAD3B435B51404EE hashi LM hashdir və mənası boş hash deməkdir. Bu konstant hash sistemin LM hashindən istifadə etmədiyini bildirir.
Hashlər harada istifadə oluna bilər?
Hashləri ələ keçirdikdən sonra istifadə məqsədi ilə iki variantımız mövcuddur:
- Digər Windows sistemlərini giriş üçün istifadə etmək (pass the hash, PTH)
- Hashi sındıraraq açıq formatda parolu əldə etməyə çalışaq.
Növbəti paylaşımlarda hash istifadə etməklə necə sistemlərə daxil ola biləcəyimizi,yəni pass the hash (PTH) hücumunu yerinə yetirməyi öyrənəcəyik.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat