Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Veb tətbiqlərin test edilməsi üzrə əlimizdə olan vasitələri daha da dərinləşdirmək məqsədi ilə proqram təminatını tanıyacayıq.Bu paylaşımda isə veb zəifliklərin tapılması ardıcılığı eləcə də mütləq yoxlanılması lazım olan yerlərin siyahısı ilə tanış olacayıq.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Xüsusi Hallarda Yoxlanılma Siyahısı
Biz bu siyahı üzrə xüsusi səhifə və sayt üzərində yoxlanılma işlərini yerinə yetirə bilərik.Bəzi səhifələr digər səhifələrdən fərqləndiyi və əməliyyatları digər səhifələrdən fərqli olduğu üçün bu səhifələrdə skan və enumaration fərqli şəkildə aparılır.
Upload Səhifəsinin Yoxlanılması
Upload səhifəsini enumeration və yoxlanılmasını həyata keçirəndə aşağıdakı əməliyyatlarl yerinə yetirməlisiniz.
- Burp Suite istifadə edərək upload sorğusunu ələ keçirərək Repeater tabına göndərin və ümumi baxış keçirin.
- Filtrləməni keçə bilərikmi? (Bu haqda əvvəlki paylaşımlarda ətraflı məlumat vardır. https://xaker.az/2025/04/19/file-upload-boslugunun-exploit-edilmesi/)
- Faylın uzantısını dəyişdirin.
- Faylın kontent tipini dəyişin.
- Faylın ikilik tərkibini dəyişin.
Giriş Səhifəsinin Yoxlanılması
Sistemə giriş səhifəsinin kontrollarını yan keçmək və ya daxil olmanı fərqli əməliyyatlarla dəyişdirmək bizə sistemdə icazəsiz resurslara daxil olmağa imkan verir.Bunu aşağıdakı üsullarla yoxlaya bilərik.
- Default (susmaya görə) olan istifadəçi məlumatlarından istifadə edin.(məsələn: username=admin,pass= admin və s.)
- Giriş səhifəsinə Brute Force hücumunu yerinə yetirmək.
- SQL İnjection hücumundan istifadə etmək.
- Sistemə daxil olmadan istifadəçi məlumatları barədə kəşfiyyat aparmaq.(Əgər mümkünsə)
İstifadəçi Qeydiyyatı Səhifəsinin Yoxlanılması
İstifadəçi qeydiyyatından istifadə edərək biz sistemə daxil ola və sistem istifadəçiləri barədə məlumat əldə edə bilərik.
- Mövcud olan istifadəçi hesabını qeydiyyatdan keçməyə çalışın və xəta mesajlarından məlumat əldə edin.
- Zəif paroldan istifadə edərək qeydiyyatdan keçin.
- SQL İnjection hücumunu yoxlayın. Bu verilənlər bazasında yeni istifadəçilər yaradacaq.)
Parol Dəyişdirmə Səhifəsinin Yoxlanılması
Bu tip səhifə server tərəfdə əməliyyatlar keçirən səhifələrdəndir və yoxlanılması mütləqdir və gözdən qaçmamalıdır.Aşağıda göstərilən məqamları əl ilə yoxlamağınızı məsləhət görürəm.
- Səhifənin işləmə prinsipini başa düşmək üçün bir mövcud hesabın parolunu dəyişdirin və ya sıfırlayın.
- Sizə aid olmayan hesabın parolunu dəyişdirə və ya sıfırlaya bilirsinizmi?
- Əgər sistem müvəqqəti parol generasiya edirsə aşağıdakıları yoxlayın.
- Parolun müxtəlifliyi
- Onun hansı müddət işlək olması
- Sistemə daxil olduqdan sonra həmin parolun dəyişdirməyə məcbur edilirmi.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat