Silver Fox kimi tanınan təhdid aktyoru (haker qruplaşması) diqqətini Hindistanın istifadəçilərinə yönəldib. Qrup, gəlir vergisi mövzulu cəlbedici e-poçtlardan istifadə edərək, modul tipli uzaqdan giriş troyanı olan ValleyRAT (Winos 4.0 olaraq da bilinir) adlı zərərli proqramı yaymaq üçün kütləvi Phishing kampaniyaları həyata keçirir.
CloudSEK tədqiqatçıları Prajwal Awasthi və Koushik Pal bu hücumun mürəkkəbliyini vurğulayıblar. Onların sözlərinə görə, "Bu mürəkkəb hücum zənciri (kill chain), sistemdə davamlılığı (persistence) təmin etmək üçün DLL hijacking və modul ValleyRAT Malware-dan istifadə edir."