Təhlükə aktorları TBK DVR və istifadə müddəti başa çatmış (EoL) TP-Link Wi-Fi routerlərindəki təhlükəsizlik boşluqlarını aktiv şəkildə istismar edərək, bu cihazlara Mirai-botnet variantları yerləşdirirlər.
Bu barədə Fortinet FortiGuard Labs və Palo Alto Networks Unit 42 tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub. Onların tapıntılarına görə, hücumçular təhlükəyə məruz qalmış cihazlarda Mirai-botnet variantlarını, o cümlədən Nexcorium adlı yeni bir variyantı yerləşdirməklə, onları DDoS hücumları üçün istifadə olunan Botnet şəbəkəsinə daxil edirlər.
CVE-2024-3721 Zəifliyinin İstismarı
TBK DVR cihazlarını hədəf alan hücumda CVE-2024-3721 kodlu, orta səviyyəli (CVSS skoru: 6.3) bir command injection zəifliyinin Exploit edildiyi müəyyən edilib. Bu zəiflik hücumçulara uzaqdan kod icra etməyə (RCE) imkan yaradaraq, nəzarəti ələ keçirməyə və cihazı Botnetin bir hissəsinə çevirməyə şərait yaradır.
Eyni zamanda, TP-Link-in istifadə müddəti bitmiş Wi-Fi routerləri də hədəf alınır. Bu routerlər istehsalçı tərəfindən artıq dəstəklənmədiyi üçün, onların məlum təhlükəsizlik boşluqları Exploit edilərək Mirai variantları ilə yoluxdurulur. Mütəxəssislər, istifadəçiləri köhnə və dəstəklənməyən cihazları yeniləməyə və ya dəyişdirməyə çağırır, çünki bu cihazlar kibertəhlükəsizlik riskləri daşıyır və Botnet hücumlarının asan hədəfinə çevrilə bilər.