Microsoft şirkəti Patch Tuesday yeniləmələri çərçivəsində öz proqram portfelində rekord sayda – 974 zəifliyi aradan qaldıraraq yeni bir göstəriciyə imza atıb. Şirkət tərəfindən verilən məlumata görə, bu boşluqlardan ikisi hal-hazırda aktiv şəkildə istismar edilməkdə idi.
Aşkar edilmiş zəifliklərin böyük əksəriyyəti, yəni 723-ü Windows əməliyyat sistemində qeydə alınıb. Bundan əlavə, Office və Office 2016 proqramlarında 111, SQL-də 62 və Developer Tools-da isə 22 boşluq aşkarlanıb. Bu zəifliklərdən 110-dan çoxuna kritik təhlükəsizlik səviyyəsi təyin edilib ki, bu da onların sistemlər üçün ciddi risk daşıdığını göstərir. Kibertəhlükəsizlik mütəxəssisləri bu yeniləmələrin tez bir zamanda quraşdırılmasını tövsiyə edir.