Elementor Pro Pluginində Kritik RCE Zəifliyi Aşkarlanıb
Kibertəhlükəsizlik tədqiqatçıları, geniş istifadə olunan Elementor Pro WordPress pluginində kritik bir zəifliyin təfərrüatlarını açıqlayıblar. Bu zəiflik uğurla Exploit edildiyi təqdirdə, RCE ilə nəticələnə bilər ki, bu da saytın tam nəzarətə götürülməsinə yol aça bilər.
CVE-2026-32475 kimi izlənilən bu zəiflik, 10.0 mümkün baldan 9.0 CVSS balına malikdir. Zəiflik, təhlükəli tipli faylın məhdudiyyətsiz yüklənməsi halı kimi təsvir edilir. Məlumata görə, problem Elementor Pro-nun “Forms” modulunun “File Upload” (Fayl Yükləmə) xüsusiyyətində mövcuddur.
Bu zəiflikdən Exploit edən hücumçu, autentifikasiyadan keçmədən (yəni istifadəçi girişi olmadan) zərərli PHP fayllarını veb serverə yükləyə bilər. Bu isə öz növbəsində hücumçuya serverdə istənilən kodu icra etmək, veb saytın məzmununu dəyişdirmək, həssas məlumatları əldə etmək və hətta serveri tamamilə ələ keçirmək imkanı verir.
Elementor Pro istifadəçilərinə sistemlərini dərhal yeniləmək və ən son təhlükəsizlik yeniləmələrini tətbiq etmək tövsiyə olunur. Bu cür kritik zəifliklərin Exploit edilməsi geniş yayılmış veb saytlar üçün ciddi təhlükələr yarada bilər, buna görə də təhlükəsizlik yeniləmələrinə laqeyd yanaşmamaq vacibdir.