Checkmarx Docker Təchizat Zənciri Zərərli Hücuma Məruz Qalıb
Kibertəhlükəsizlik tədqiqatçıları, “Checkmarx” şirkətinin rəsmi “checkmarx/kics” Docker Hub deposuna yerləşdirilmiş zərərli Docker İmages barədə xəbərdarlıq ediblər.
Bu gün dərc edilən xəbərdarlıqda, proqram təminatı təchizat zənciri təhlükəsizliyi üzrə ixtisaslaşan “Socket” şirkəti naməlum təhdid aktorlarının mövcud tag-ləri, o cümlədən “v2.1.20” və “alpine” tag-lərini yenidən yazaraq, eyni zamanda rəsmi buraxılışa uyğun gəlməyən yeni “v2.1.21” tag-i təqdim etməyi bacardıqlarını açıqlayıb.
Bu hadisə, proqram təminatı təchizat zəncirinə edilən bir hücum növüdür və zərərli kodun legitim bir kanal vasitəsilə yayılmasına cəhd göstərir. Bu cür hücumlar, adıçəkilən Docker İmages-i yükləyən istifadəçilər üçün ciddi təhlükə yaradır, çünki bu İmages-lər sistemlərdə Malware və ya Exploit-lər yerləşdirə bilər. Təhlükəsizlik mütəxəssisləri istifadəçiləri “checkmarx/kics” Docker İmages-inin etibarlı versiyalarını yoxlamağa və ehtiyatlı olmağa çağırır.