Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün İrəli səviyyə Enumeration başlığı altında POP3 və İMAP4 protokulunun ətraflı bir Enumeration yerinə yetirəcəyik.Əvvəlcə nəzəri sonra isə Metasploitable maşının köməyi ilə əməliyyatları praktiki olaraq görəcəyik.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
POP3(Port 110) və İMAP4(Port 143)
POP3 və İMAP protokollarından məlumat əldə etmək üçün SMTP qədər ətraflı deyildir.Bu mərhələdə hədəf sistemin həmin servisləri ilə əlaqəmizin olmağını yoxlamalıyıq.Servislərin hədəf sistemdə var olduğundan sonra əlaqə qurmaq üçün aşağıdakı üsullardan istifadə oluna bilər.
- POP3 servisi port 110 açıq olsada SSL şifrələməsi ilə əlaqə yerinə yetirir.(port 995)
- İMAP4 servisi də port 143 açıqdır, ola bilərki servis 993 portundan SSL ilə şifrələmə yerinə yetirir.
Nmap alətinin köməyi ilə yerinə yetirəcəyimiz sadə skan ilə həmin servislər haqqında məlumat əldə edə bilərik:
└─# nmap -T4 -sV -sC 192.168.10.36 -p 110,143,995,993
Starting Nmap 7.95 ( https://nmap.org ) at 2025-03-26 23:03 +04
Nmap scan report for 192.168.10.36
Host is up (0.00060s latency).
PORT STATE SERVICE VERSION
110/tcp closed pop3
143/tcp closed imap
993/tcp closed imaps
995/tcp closed pop3s
POP3 ilə istifadəçilərə Brute Force hücumu
POP3 ilə brute forcedan yaxşı bir nəticə almaq istəyiriksə, məsləhətdir ki, əvvəlki paylaşımda SMTP üzərində istifadəçi adlarının siyahısını əldə edək.Bu işlərimizi və brute force keyfiyyətini artıracaqdır. Əgər bu olmasada həmin hücumu yerinə yetirə bilərik.
hydra -L (user adlarının siyahısı) -P (şifrə siyahısı) pop3://ip
Gələcək paylaşımlarda bu servisdən istifadə edərək istismarını həyata keçirəcəyik. Bu seriyası sadəcə ətraflı məlumat əldə etmək üçün təyin olunduğundan məlumatlarımı əldə etdik.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat