Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında mətn redaktorlarını və onlarla işləməyi əhatə edəcəyikdir.
Vim ilə nano müqayisəsi
Terminal ekranında işləyərkən bizə mümkün istifadə edə biləcəyimiz 2 əsas mətn redaktoru vardır: vim və nano. Bir çox məsələrdə mətn redaktorları aşağıdakı məsələləri həll etmək üçün istifadə olunur:
- mətn faylını açmaq/ yaratmaq
- mətn faylında dəyişiklik etmək
- mətni tapmaq
- dəyişiklikləri saxlamaq və çıxmaq
Nano mətn redaktoru vim mətn redaktoruna nistbətən asandır.Siz bunlardan istədiyinizi seçə bilərsiniz. Bu isə tövsiyə məsələsidir.
Mətn faylını açmaq/ yaratmaq üçün bu kommandalardan istifadə edin:
- vim (faylın adı)
- nano (faylın adı)
Mətn faylı açıldıqdan sonra isə daxilində dəyişiklik etmək lazımdır.Bunun üçün:
- nano mətn redaktorunda sadə şəkildə dəyişikliyinizi birbaşa yerinə yetirin.
- vim mətn redaktorunda isə əvvəlcə I klavişinə basaraq, daxiletmə modunu aktivləşdirin və beləcə dəyişikliyinizi yerinə yetirin
Faylda müəyyən bir sözü axtarmaq üçün bu əməliyyatları yerinə yetirin:
- nano mətn redaktorunda Ctrl+W icra edin
- vim mətn redaktorunda isə sizin harda yerləşməyinizdən asılı olaraq:
- əgər siz daxiletmə rejimindəsinizsə, Esc klavişinə basaraq bu rejimdən çıxın və “/” klavişinə basaraq axtarmaq istədiyiniz sözü yazın
- Əgər siz adi rejimdəsinizsə, “/” klavişinə basaraq axtarmaq istədiyiniz sözü yazın.
Nəhayət məqam gəldi mətnin yadda saxlanılması və çıxılması əməliyyatlarına baxacayıq:
- nano mətn redaktorunda yadda saxlamaq üçün Ctrl+O, Enter klavişinə basın təsdiqləmək üçün, sonra çıxmaq üçün Ctrl+X kombinasiyasını yerinə yetirin.
- vim mətn redaktorunda birinci əmin olunki siz adi rejimdəsiniz(əgər deyilsinizsə Esc kommandasından istifadə edin), sonra isə “wq” yazaraq yadda saxlama və çıxma əməliyyatını birlikdə yerinə yetirin.(Ayrı ayrıda yerinə yetirə bilərsiniz). Burada w (write)- yazmaq, q (quit) – çıxmağı bildirir.
Oxuduğunuz üçün təşəkkürlər! Bizi izləməyi unutmayın:
Telegram: https://t.me/xakeraz_official