Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasına başlayırıq və inanıram sizə yardımçı olacaqdır.
Kali Linux Fayl Sistemi
Kali Linux fayl sistemini anlamağımız böyük əhəmiyyət kəsb edir əsas da penetration test edərkən.Kali ƏS kataloqların strukturu Unix Filesystem Hierarchy üzərində qurulub, eynilə Kali də struktur eynidir. Windowsda əsas kataloq “C:\” sayılırsa, Kali də isə “/” əks slash`dir.Əsas kataloqu root istifadəçisinin əsas kataloqu ilə səhv salmayın, root istifadəçisinin əsas kataloqu “/root”-dur. Root istifadəçisindən danışaraq onun digər əməliyyat sistemlərində administrator ilə eyni səviyyədə olduğunu deyə bilərik.Root icazələri ilə kommanda icra etmək istədiyimizdə “sudo” kommandasından istifadə etməliyik.
Kali Linux fayl sisteminin kataloqlarını vizual görmək üçün, terminalı açın və “ls” kommandasını icra edin.Diqqət yetirin siz icra etdiyiniz kataloq istifadəçinin əsas kataloqu olacaqdır.Sistemin əsas kataloquna daxil olmaq üçün “cd /” icra edin.

- /bin kataloqunda Linuxun ikilik faylları saxlanılır necəki “ls” kommandası, hansı indicə istifadə etdik.
- /sbin kataloqunda isə sistemin ikilik faylları saxlanılır, hansıki administratorun utilitlərinə saxildir (məs: fdisk)
- /boot kataloqunda isə Linux ƏS-in yükləyici (inisiallaşdırıcı) faylları yer alır.
- /dev kataloqunda cihazların konfiqurasiya faylları yer alır.(məs: /dev/null)
- /sys kataloqu /dev kataloquna bənzəyir və cihazların və drayverlərin konfiqurasiyaları yerləşir.
- /etc kataloqunda sistemin bütün administrasiya fayllarını saxlayır.(məs:/etc/passwd – Kali bütün istifadəçiləri göstərir)
- /lib kataloqunda isə /bin və /sbin daxilindəki ikilik fayllar üçün ümumi kitabxanaları saxlayır.
- /proc kataloqunda proseslər və prosessor nüvəsi haqqında məlumat yerləşir.
- /lost+found kataloqu bərpa edilmiş faylları saxlayır.
- /mnt kataloqu montlaşdırılmış yəni uzaq bir fayl servisi ilə eyniləşdirilmiş kataloqdur.
- /media kataloqu xarici yaddaş qurğuları məs üçün DVD üçün istifadə olunur.
- /opt kataloqu iləri səviyyə proqram paketlərinin quraşdırılmasına xidmət edir.Həmçinin burda hər hansı bir proqramın yüklənməsinidə bu kataloqda yerinə yetirilir.(Ya da yerinə yetirilməlidir, yəqin siz də mənim kimi bunu etmirsiniz :))
- /tmp kataloqu müvəqqəti istifadə olunur və pc reboot olduqda daxilindəki informasiyalar silinir.Privilege escalation əməliyyatlarında istifadə edilir çünki bu kataloqda fayl yükləmək üçün yüksək privilege ehtiyac deyildir.
- /usr kataloq bir çox kataloqu özündə saxlayır.Əsas olanı isə “/usr/share/wordlists”-dir, çünki bir penetration testində istifadə etdiyimiz lüğətlər burda yerləşmişdir.
- /home kataloqu istifadəçi üçün əsas kataloq sayılır.(məs: /home/kali və ya /home/13rose)
- /root kataloqu root istifadəçisinin əsas kataloqu sayılır.
- /srv kataloqu server sisteminə aid olan funksiyalara aid informasiyaları saxlayır.(məs: FTP server məlumatları)
- /var kataloqunda saytlar, jurnallar və verilənlər bazası üçün istifadə olunan dəyişənlər yerləşir.(məs: /var/www/html – Apache veb serveri üçün faylları saxlayır)
- /run kataloqun sistemin icra etdiyi əməliyyatları saxlayır.(məs: sistemə daxil olan istifadəçilər)
İnanıram bu paylaşım sizin üçün faydalı olmuşdur əziz oxucular! Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram: https://t.me/xakeraz_official
İnstagram: https://www.instagram.com/xaker.az_official/