Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Exploit etmə fazasında zəifliyin tapılması qiymətləndirməsi üçün lazım olan tədbirlə eləcədə əmliyyatın yerinə yetirilməsi üsullarını öyrənəcəyik.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Exploit Fazası
Bu başlıq altında real hücumları yerinə yetirməyi və hədəflərin pentestlərini edəcəyik.Əvvəlki başlıqda bütün servislərin enumeration yerinə yetirməyi və exploit öncəsi əməliyyatları yerinə yetirməyi öyrəndik. Əlavə olaraq hər hansı təşkilat haqqından zəifliyin qiymətləndirilməsini əhəmiyyətini öyrənəcəyik.Bu başlıq altında aşağıdakı mövzulara toxunacayıq:
- Zəifliklərin qiymətləndirilməsi
- Ümumi açıq exploitlərin araşdırılması
- FTP- serverin exploit edilməsi
- SSH servisin exploit edilməsi
- Telnet servisin exploit edilməsi
- Email serverin exploit edilməsi
- Docker exploit edilməsi
- Jenkins portalın exploit edilməsi
- Reverse shell
- SMB servisin exploit edilməsi
Zəifliyin qiymətləndirilməsi
Avtomatik zəifliyin qiymətləndirilməsi şəbəkədə yerləşın hədəf hosta qarşı professional skanerlərin tətbiqindən çox asılıdır.Əvvəlki başlıq altında paylaşılan paylaşımlarda Nmap skanerinin skriptlərinin köməyi ilə hədəf haqqında məlumat əldə edirdik.Nmap skanerinin köməyi ilə hədəf haqqında məlumat toplayan zaman skriptlərin çoxu (hamısı yox) hədəf haqqında bizə lazım olan məlumatı bizə çatdıracaqdır. Məsələn ftp servisi haqqında məlumat toplamaq istəsək ftp* arqumenti bizə müəyyən məlumat verəcəkdir daha ətraflı və dəqiq məlumat ala bilərik.Diqqət yetirmək lazımdırki zəifliyin qiymətləndirilməsi güncəlləmərin idarə edilməsi isə birbaşa asılıdır və siz bunu korporativ mühitdə daha aydın görəcəksiniz. Korporativ mühitlərdə daha çox rəhbərlik tərəfindən tətbiqlərin və proqramların güncəlləməsinə önəm verililir.
Real zəiflik qiymətləndirilməsi məsələrində korparativ mühitlərdə aşağıda sadalanan professional avtomatik zəiflik qiymətləndirən skanerlərdən istifadə olunur.
- Nessus və Tenable.sc (Lokal həllər)
- Tenable.io (Bulud mühitində həllər)
- Nexpose (Lokal həllər)
- İnsight VM (Bulud mühitində həllər)
- Qualys Scanner (Bulud mühitində həllər)
Bütün bu sadalanan skannerlərin işləmə prinsipi eynidir.Əgər biz zəiflik skaner etməyin əsas prinsiplərini biliriksə bütün bu sadalanan skanerlərdən rahatlıqla işlədə bilərik.Bunu başa düşmək üçün açıq mənbə kodlu skanner olan OpenVAS skanerindən gələcək paylaşımlarda istifadə edəcəyik.
Zəifliyin qiymətləndirilməsi mərhələləri
Başlamazdan əvvəl biz uğurlu bir zəiflik qiymətləndirilməsi əməliyyatının mərhələləri ilə tanış olaq.Bəs niyə biz bunu müəyyən siniflər üzrə bölməliyik?Aşağıda isə bu suala cavabları görə bilərsiniz.
- Bu skanerə əməliyyatları daha yaxşı yerinə yetirməyə kömək edir.məsələn skanner windows üçün ayrı və mobil cihazlar üçün ayrı şablonlardan istifadə edəcəkdir.
- Zəifliklərin idarə edilməsi və aradan qaldırılması üçün prioritet vermək.Məsələn xarici şəbəkədə olan serverdə kiritik zəiflik daxili şəbəkədə olandan daha prioritetlidir.
- Hədəfin cihazlarının güncəllənməsi üçü ayrı ayrı bölmələrdən isitfadə edə bilərik.Məsələn cihazların qruplaşdırıması hədəf sistemi daha asan bir şəkildə güncəlləməyə imkan verir.
1.Hədəflərinizi qruplaşdırın.
Zəiflik qiymətləndirilməsi əməliyyatından öncə bizim bütün hədəflərimizin qruplaşdırılmasını həyata keçirmək lazımdır.Məsələ hədəfləri aşağıdakı qruplaşdırma üsulları vardır:
- şəbəkə cihazları
- İoT cihazları
- istifadəçi hostları
- Windows serverləri
- Linux serverləri
- Planşetlər və telefonlar
2.İmkanlardan istifadə etmək.
Yenə mütləq şərtlərdən biridə skanerə mümkün olan imkanlardan istifadə etməsinin şərait yaratmaqdır. Yəni skanerin hədəf sistem üzərində və hədəf şəbəkə üçün giriş imkanı yoxdursa həmin skanın daha düzgün olmasını imkan verir.
Bunun üçün aşağıdakıları yerinə yetirmilisiniz:
- Linux hostları üçün istifadəçi hesabı yaratmaq lazımdırki, skanner SSH istifadə edərək autentifikasiya etsin.
- Windows cihazda istifadəçi hesabı açmaq. Skanner girişi yerinə yetirmək üçün Samba protokolundan istifadə edəcəkdir.Bunun baş verməsi üçün isə LDAP istifadə edilməlidir. Hesabı isə Active Direcotry üzərindən açılmalıdır.
- Hər bir hostda agentlərin quraşdırılması.Bir çox bulud zəiflik qiymətləndirməsi skannerlərində belə bir tələb vardır.Agentlər hər bir hostda fərdi olaraq skan prosesini yerinə yetirir və sizə ötürür. Bu skanın daha dəqiq və ətraflı olmasına kömək edir.
3.Skan tapşırığını yaradın.
Yuxarıdakı əməliyyatları yerinə yetirdikdən sonra skan tapşırığını yarada bilərik.Hər bir skan tapşırığında müxtəlif şablonlardan istifadə edilir.Bu zaman qruplaşdırmanın önəmini görə bilərik. Əvvəlcə mobil cihazlar qrupu üçün skan tapşırığını mobil şablonu üzrə yerinə yetirdikdə daha dəqiq məlumat verəcəkdir.
4.Raportun hazırlanması.
Uğurlu bir zəiflik qiymətləndirilməsi prosesində ən sonuncu addım isə raportun hazırlanmasıdır.Əgər siz öz işinizi normal və düzgün bir şəkildə yerinə yetirmisinizsə sizin skan prosesində heç bir problem olmaz və uğurlu bir raport hazırlaya biləcəksiniz.Bəzi korporativlərdə şəbəkənin böyüklüyü və sistemin çoxluğu ilə əlaqədar yenidən skan prosesi yaradıla bilər.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat