Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Exploit edilməsi başlığı altında Email Serverin exploit edilməsini yerinə yetirəcəyik.Əvvəlcə nəzəri sonra isə Metasploitable maşının köməyi ilə əməliyyatları praktiki olaraq görəcəyik.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Email serverin exploit edilməsi
Bu hücumun yerinə yetirilməsi üçün əvvəl əldə etdiyimiz istifadəçi məlumatlarından istifadə etmək lazımdır.(Hydra alətindən əldə etdiyimiz userləri tətbiq edin).Biz bu məlumatları digər üsullar ilə ələ keçirə bilərik: təkcə brute force yolu ilə deyil, həm FTP serverdə saxlanılan fayllarda və sosial mühəndislik üsulları ilə ələ keçirə bilərik.
Sonra isə bizə Kali Linux cihazında bu əməliyyatlar üçün Email kliyenti proqramını quraşdırmalıyıq. Biz bunun üçün evolution proqramından istifadə edəcəyik.(Siz həmçinin Thunderbird proqramını da quraşdıra bilərik.)
Bu proqramı quraşdırmaq üçün sadəcə olaraq apt install kommandasından istifadə edin.
apt install evolution
Proqram təxminən 22 Mb yer tutur və quraşdırılması zamanı bəzi məlumatların doldurulması mütləqdir. Bu mərhələni yerinə yetirmək üçün aşağıdakı məlumatları daxil etmək lazımdır:
- Elektron poçt istifadəçisinin adı
- Elektron poçt hesabını parolu
- Elektron poçt serverinin adresi
Quraşdırma zamanı həmin proqramın konfiqurasiyası susmaya görə İMAP/SSL üzrə həyata keçirir. Əgər siz daha təhlükəli metodan istifadə edirsinizsə onda İMAP port 143 seçin və encryption hissəsini disable edin.
Eləcədə quraşdırma mərhələsində SMTP protokolu üçün 465 portunu seçin. Əgər məlumatların açıq bir şəkildə göndərilməsini istəyirsinizsə onda 25 portundan və ecryption disable edin.Ümumiyyətlə yuxarıda göstərilən əməliyyatlar təhlükəsizlik probleminin əhəmiyyəti göstərmək üçündür.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat