Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Məlumatların Toplanması başlığı altında passiv məlumat toplamaq və kəşfiyyat necə aparıldığını və penetration testlərində vacibliyini əhatə edəcəyik.
İnternetdən Məlumatların Toplanması
Penetration testlərində əsas və vacib mərhələlərdən biridə hədəf haqqında məlumatların toplanması,yəni kəşfiyyatının yerinə yetirilməsidir. İllər keçdikcə bu mərhələnin nə qədər vacib olduğunu, nə qədər işlərinizi sadələşdirdiyini özünüz də hiss edəcəksiniz. Məsələn hər hansı bir proqramçı proyekt üzrə işlədikdən sonra onu githubda yayınladıqdan sonra onun istifadə etdiyi istifadəçi adı və şifrəsini səhvən yerləşdirə və sadəcə bir OSİNT (Open Source İNTelligence / Açıq Mənbə Kəşfiyyatı) edərək bu məlumatları əldə edə və sistemə daxil ola bilərsiniz.
Biz bu seriyada aşağıdakıları öyrənəcəyik:
- İnternet axtarış matorlarını məqsədimizə çatmaq üçün istifadə edəcəyik
- Shodan axtarış matorundan istifadə
- Google sorğularında istifadə (Google dorks)
- Whois ilə domain haqqında məlumat əldə etmək
- Passiv kəşfiyyat üçün Kali alətlərindən istifadə etmək (TheHarvester, Dmitry, Maltego)
Passiv Məlumat Yığmaq və Kəşfiyyat
Bu mövzuda biraz terminlərlə tanış olaq.İnternet mühitində passiv məlumat əldə etməyin texniki səviyyədə müxtəlif adları vardır.Onlardan biridə kəşfiyyat adlanır, və digər adlandırmalar: passiv kəşfiyyat (footprinting) və ya passiv informasiya yığımı.Eləcəd məşhur yayılmış adı OSİNT(Open Source İNTelligence ) Açıq Mənbə Kəşfiyyatını bildirir.
İstədiyiniz termini həmin əməliyyatı yerinə yetirirkən istifadə edə bilərsiniz hamısı bir mənaya gəlir.Bir məqam vardırki footprinting və fingerprinting terminləri qarrışdırıla bilər.Sonuncu termin əməliyyat sisteminin identifikasiyasını bildirir.
Kəşfiyyatın ən əsas tapşırıqlarından biri nəyi axtarıcağını bilməkdir.Bu əməliyyatı yerinə yetirən bir çox alətlər vardır amma praktikasını yerinə yetirməzdən əvvəl onların necə işlədiyi ilə tanış olmaq lazımdır. Deməli kəşfiyyat zamanı aşağıdakı informasiya obyektlərinə və ya metodlardan istifadə edilməlidir.
- Şirkətin subdomainləri
- Saytlar
- Ümumi açıq İP adresləri (AWS/Azure)
- Ümumi açıq DNS adresslər
- İstifadəçi məlumatların axtarılması (pastebin və githubda)
- Əvvəlki müvəfəqiyyətli hücumlar
- Şirkətin əsaslı dəyişmələri
- Biznes haqqında iqtisadi məlumatlar
- İs telefonu nömrələri
- Əməkdaşlar haqqında ictimai açıq məlumatlar
- Şirkətin sosial media hesabları
İnternet Axtarış Sistemləri
İctimai açıq olan axtarış sistemləri sizin hədəfinizin zəif yerlərini,nöqtələrini tapmaq üçün kömək edir. Növbəti paylaşımlarda siz Google axtarış sistemi ilə hədəf şirkətin ictimaiyyətə sızmış olan informasiyalarını necə tapacağını həll edəcəyik. Təkcə Google ilə yetinmək lazım deyil özünüz bildiyiniz kimi bir çox axtarış sistemləri vardır, onlarada uyğun sorğular verməklə sizə lazım olan informasiyanı əldə edə bilərsiniz.Penetration testlərində mütləq olaraq araşdırmalı və kəşfiyyat aparmalı olduğunuz axtarış sistemləri aşağıda göstərilmişdir:
- Google axtarış sistemi: google.com
- Shodan onlayn skaneri: shodan.io
- DuckDuckGo axtarış sistemi: duckduckgo.com
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər! Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazgroup
Telegram (Chat): https://t.me/xakerazchat