Kriptoqrafiya nədir? Kriptoqrafiyanın əsasları nələrdir? Hashing nədir? Hashing əsasları nələrdir?Alqoritm nədir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Kriptoqrafiyanın Əsasları
Bir çox insan kriptoqrafiyanın çətin olduğunu düşünür. Narahat olmağa dəyməz çünki bu seriya paylaşımlarda biz məhşur alqoritmlərin hər biri ilə praktiki olaraq tanış olacayıq. Bir kibertəhlükəsizlik mütəxəsisi kimi biz də kriptoqrafiyanın əsaslarını anlamalıyıq.
Kriptoqrafiya min illlər boyu ərzində gizli mesajların ötürülməsində istifadə olunmuşdur. Min illər ərzində istifadəsinə baxmayaq kriptoqrafiya müasir dövürümüzdə də aktiv istifadə olunur. Bir pentester kimi zəif alqoritmdən istifadə olunan gizli mesajların sındırılmasını həyata keçirməliyik. Həmçinin lahiyənin mənbə kodlarını araşdıran zaman developerlərə əgər zəif hashlərdən istifadə ediblərsə bunu bildirməlisiniz.
Hashing`in Əsasları
Hashing alqoritmləri rəqəmsal verilənlərin bütövlüyünü təsdiqləyir. Bəs bu praktika nəyi bildirir? Məs: təsəvvür edinki hər hansı saytdan fayl yükləyirsiniz, bəs o faylın yüklənən zaman heç bir dəyişiklik olub olmadığını necə bilə bilərik? Digər sözlə bizə hədəf faylın orginallığını yoxlayan üsul lazımdır. Hashing isə bu funksiyanı öz üzərinə götürür.
Birtərəfli Hash funksiyası
Siz bir çox yerlərdə bir tərəfli hash funksiyasından və ya sadəcə hashlərdən məlumat görəcəksiniz. Onlar elektron məktubların, faylların və s hashlənməsində istifadə olunur və hash 16-lıq say sistemindədir. Hash alqoritmlərinə bunlar daxildir:(SHA256, MD5 və s.)
Məsələn SHA256 hash alqoritmi ilə XAKER.AZ ifadəsi aşağıdakı ifadəyə ekvivalentdir.
723a9378061af6988c389511eb97c98f006a1c4ac2b3b85b37cd9d0e79085e88
Aşağıda bir tərəfli hash funksiyasının alqoritmi göstərilmişdir:
h=Hx
- Nəticə h dəyişəni checksum olaraq adlanır.
- H – bu hash alqoritmidir. (məs: SHA256)
- x – daxil olunan verilənlərdir.(Bizim misalda bu XAKER.AZ-dır)
Prosesə ümumi olaraq nəzər yetirsək, mənbə ilə alıcı arasında fayl mübadiləsi zamanı fayla rəqəmsal imzanı əlavə etmək kimi düşünmək mümkündür.
Alqoritmlərin işləməsi üçün aşağıdakı tələblərə riayyət etmək lazımdır:
- Hashing bütün növ verilənlərə tətbiq oluna bilər və hər hansı bir məhdudiyyətlə limitləndirilməməlidir.
- Hash əməliyyatının nəticəsi daxil edilən verilən uzunluğundan asılı olmayaraq sabit bir uzunluqda olmalıdır.
- Hash nəticəsi yəni h daxil olunan verilənlər ilə x ilə birbaşa əlaqədar olmamalıdır.Əgər bu pozulsa biz h dəyərini hesablayaraq əsas x dəyərini əldə edə bilərik.
- Nəhayət iki fərqli nəticə eyni bir daxil edilən verilənə bərabər ola bilməz: (Hx ≠ Hy)
- Belə hallara isə collision resistance deyilir.
Hashing harada istifadə olunur?
- Faylların kontrol edilməsi üçün hashlərinin yaradılması.
- Parolların hashlənib verilənlər bazasında saxlanması
- Elektron imza üçün istifadə oluna bilər.
- Zərər görmüş faylların təyin edilməsi üçün istifadə oluna bilər.
Ümid varam faydalı olmuşdur! Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat