Kriptoqrafiya nədir? Kriptoqrafiyanın əsasları nələrdir? Hashing nədir? Hashing əsasları nələrdir?Alqoritm nədir?MD5 nədir? MD5 harada istifadə olunur? Python ilə MD5 hash etmək?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Message Digest 5 (MD5)
Message Digest 5 (MD5) – hashləmə funksiyalarının ən çox yayılmış növlərindən biridir. MD5 öz keçmiş versiyası olan MD4 üzərinə təkmilləşdirmə olaraq gəlmişdir. MD4 zəif hashing alqoritması səbəbindən artıq istifadə olunmur. MD5 hashinin nəticəsi 128 bitdən və ya 32 ədəd 16lıq say sisteminə bərabərdir. Daxil edilən verilənin uzunluğun asılı olmayaraq MD5 hash nəticəsi həmişə 128 bit olacaqdır.
Diqqət: MD5 hash funksiyasını parollarınızı saxlamaq üçün istifadə etməyin!!!
Növbəti paylaşımlarda MD5 hashing funksiyasından daha təhlükəsiz olan hashləmə funksiyaları ilə tanış olacayıq və parolların o hash metodu ilə saxlanması daha təhlükəsizdir. Amma bu o demək deyilki, MD5-dən daha istifadə etməyək. Bir çox saytların məlumatların tamlığını yoxlamaq üçün MD5-dən istifadə edir.
Bizim praktiki məsələrimizi həll etmək üçün Python proqramlaşdırma dilindən istifadə edəcəyik. Əvvəlcə Python kriptokitabxanasını Kali Linuxa endiririk.
python3 -m venv myenv
source myenv/bin/activate
pip install pycryptodome
Daha sonra istədiyiniz mətn redaktoru alətini açın və aşağıdakı kodları yazın. Bu kod bizim daxil etdiyimiz mətn və ya verilənləri MD5 hash formatı ilə hashləyəcəkdir.
# Crypto modulundan MD5 import edirik
from Crypto.Hash import MD5
#MD5 hash üçün yeni kopiya yaradir
h = MD5.new()
# Hashi hesablamaq
h.update(b'SALAM Xaker.az')
#16-liq deyerini cap edir
print("MD5:", h.hexdigest())
Bunu etdikdən sonra onu md5hash.py adı altında yaddaşa veririk. Yeni yaradılan fayla icra edilməsi üçün icazə verib icra edirik.
┌──(myenv)─(root㉿kali)-[~]
└─# chmod +x md5hash.py
┌──(myenv)─(root㉿kali)-[~]
└─# python3 md5hash.py
MD5: 89f4bfedb94462d77066a6e17d2271ce
Nəticədə ‘SALAM Xaker.az’ yazısını MD5 dəyəri 89f4bfedb94462d77066a6e17d2271ce olacaqdır.
İndi isə yazdığımız python koduna ümumi izah etməyə çalışaq.İlk öncə # simvolu ilə başlayan sətirlər şərh sətiridir və nəzərə alınmırlar. Daha sonra Crypto kitabxanasında MD5 modulunu fayla daxil edirik. Növbəti sətirdə MD5 hash sinifini yeni kopiyasını təyin edirik. MD5 hash funksiyasına update funksiyası ilə verilən daxil edirik. Sonda isə print kommandası ilə 128 bitlik dəyəri 16-lıq say sistemində çap edirik.
Növbəti hash funksiyalarındada bu metodologiyadan istifadə edəcəyik.
Ümid varam faydalı olmuşdur! Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat