Port Yönləndirilməsi nədir?Pivoting nədir? Hədəfin Port Yönləndirilməsi necə istifadə etmək olar? SSH ilə Port Yönləndirilməsi nədir? SSH Tunelling necə istifadə olunur?Hədəf Port Yönləndirilməsi ilə Pivoting Necə Həyata Keçirilir?SSH Tuneling istifadəsi necə olur? SSH Tunellemə nədir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
SSH Tunelling və Hədəfin Portlarının Yönləndirilməsi
Tapşırığı biraz çətinləşdirək və port yönləndirilməsinin köməyi ilə bu tapşırığı yerinə yetirməyə çalışaq. Elliot öz pentest əməliyyatları zamanı işçi serverdə məhdud səlahiyyətli kommanda sətri əldə etmişdir. Daha sonra o həmin serverdə MySQL servisini 3306 portunu dinlədiyini aydınlaşdırdı.Elliot öz məhdud səlahiyyətli kommanda sətri ilə hədəfin MySQL servisinə qoşulmağa çalışdı ancaq bağlantı (servisin portundan qaynaqlanan səbəbdən) həyata keçmədi. Bu məsələnin ən yaxşı üsulu hədəf serverin portunun uzaqdan port yönləndirilməsidir və bunun sayəsində biz uzaqdakı MySQL serveri ilə əlaqə qura biləcəyik.
Elliotun virtual maşını (Kali Linux)
- İP adres – 172.16.1.55
Hədəf server Prod (prod.ecorp.local):
- İP adres – 10.10.1.114
- Açıq portlar: 22 (SSH) və 443 (TLS)
İlkin olaraq Elliot öz Kali Linux cihazından SSH serveri aktivləşdirməlidir. 2-ci olaraq MySQL portunu açmaq üçün öz kommanda sətrində aşağıakı kommandanı icra edir:
ssh -R 443:127.0.0.1:3306 [email protected]
Tunnelling prosesində kommanda yazmamaq və session açılmaması üçün aşağıdakı kommmandalardan istifadə edə bilərik:
ssh -N -f -R 443:127.0.0.1:3306 [email protected]
-N — SSH sessiyası yaradıb heç bir komanda işə salmadan dayanır (yəni “shell” açmadan, ancaq port yönləndirməsi üçün istifadə olunur).
-f — SSH sessiyasını arxa plana göndərir (background-da işləyir).
Yuxarıdakı əməliyyatlar o deməkdir ki, serverin 443 portuna daxil olan trafik 3306 portuna yönləndiriləcəkdir.
Nəhəyət olaraq tunell yarandıqdan sonra Elliot öz Kali Linux cihazından birbaşa hədəf serverə daxil ola biləcəkdir.Elliotun artıq hədəf servis üzrə məlumatları var və 443 portunu isə trafikin heç bir maneə ilə üzləşməməsi üçün seçmişdir.
mysql --user=root --password --host=127.0.0.1 --port=443
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat