LM hash nədir? LM hash nəyə görə rahat sındırılır? NTLM hash nədir? NTLM nəyə görə daha təhlükəsizdir?Hansı sistemlərdə LM hash istifadə olunur?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Windows-da hash-ləri
Bu paylaşımda Windows əməliyyat sistemində parolların hashlərini necə əldə edəcəyimi öyrənəcəyik. Ümumilikdə parollar iki formada saxlanılır:açıq mətn (plaintext) və ya hashlənmiş formada.Windows-da isə parollar NTLM hash (Bu hash barəsində gələcək paylaşımlarda daha ətraflı məlumat əldə edəcəyik) formatında saxlanılır.Hədəf şəbəkəd Lateral Movement (Yana hərəkət) üçün ən yaxşı üsul Domain Administratorun tapmaq və ondan istifadə etməkdir.Active Directory ilə idarə olunan şəbəkədə bütün texniki məsələlərdə administratorlar öz hesablarından istifadə edirlər.
Diqqət yetirməli məqam: Bir çox istifadəçilər bir parollar müxtəlif platformlara və hesablara daxil olmaq üçün istifadə edir.
Windows NTLM Hashləri
Windows əməliyyat sisteminin köhnə versiyaları parolların saxlanılması üçün LAN Manager (LM) hash formatından istifadə edirdilər.LM hashləri təhlükəsizliyi təmin etmir və aşağıdakı səbəblərə görə rahat olaraq sındırılırdı:
- Parol maksimum olaraq 14 simvol ola bilərdi
- Parol registrlərə (böyük və kiçik hərflərə) hissiyyatsız idi.
- Əgər parol 14 simvol olarsa,onu iki fragmentə bölərək ayrı-ayrı 7 simvol kimi hashləyirdi, bu da sındırılmasını asanlaşdırırdı.
- Əgər parol 7 simvoldan azdırsa, ilk 7 simvolu hashləyir,digər sətir simvollar isə konstant dəyər olan AAD3B435B51404EE dəyəri təyin edilirdi.
Windows-da istifadəçi məlumatlarının hashlənməsi tarixini yadda saxlamaq lazımdır.LM hashlənməsi aşağıdakı sistemlərdə istifadə olunur:
- Windows NT 3.1
- Windows NT 3.5
- Windows NT 3.51
- Windows NT 4
- Windows 95
- Windows 98
- Windows 2000
- Windows Me
Siyahıdan da görə bilərikki, LM hashləri müasir əməliyyat sistemlərində artıq istifadə olunmur. Microsoft şirkəti Windows Vista və Windows Server 2008 əməliyyat sistemlərində başlayaraq LM hashlərini susmaya görə(default olaraq) deaktivləşdirmişdir. Yəni Windows XP əməliyyat sistemində LM və NTLM hashləri paralel istifadə olunur və susmaya görə LM deaktiv olmamışdır.
Deaktivləşdirmək üçün aşağıdakı kommmandadan istifadə edə bilərik.
[HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Lsa]
"NoLMHash"=dword:00000001
İndiki dövrdə Windows ƏS parolların hashlənməsi üçün NT LAN Manager (NTLM)v2 formatından istifadə olunur.Hashi haqqında ətraflı məlumat əldə edəcəyik, bilmək lazımdırkı bu format LM və NTLM v1 formatının gücləndirilmiş halıdır.
- NTLMv1 — Köhnə versiyadır, daha zəifdir və rainbow table-lərlə sındırılması nisbətən asandır.
- NTLMv2 — Gücləndirilmiş versiyadır (hmac-md5 ilə challenge). Müasir Windows sistemlərində NTLMv2 varsayılan olur.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat
Bu qədər məlumatı hardan bilirsiniz haa
Planlı araşdırma ilə 🙂