Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşım müəllifi: alizadasec ( https://alizadasec.medium.com/ )
Paylaşıma istinad: https://alizadasec.medium.com/pentesting-v%C9%99-red-teaming-aralar%C4%B1ndak%C4%B1-f%C9%99rq-5fbbaa3d1f36
Hər kəsə salam🙋♀️ Gəlin bu məqalədə bir-biri ilə səhv salınan iki anlayış haqqında müzakirə edək. Məqalənin sonunda fikirlərinizi gözləyəcəm:) İndi isə Red Teaming və Pentesting (penetration testing) arasında hansı fərqlər olduğuna baxaq. Getdik 😊☕
Penetration Testing nədir ?
Penetration testing (nüfuzetmə testi) hər hansı bir domenə, proqrama yaxud şəbəkəyə zəifliklərin yoxlanılması məqsədli edilən testlərdir. Bir neçə saat, gün yaxud həftə çəkə bilər. Nəticədə, tapılan zəifliklər report olunaraq bərpa olunur.
Red Teaming nədir?
Red Teaming real həyat ssenarilərinə yaxın hücumlarla təşkilatın cavabvermə qabiliyyətini yoxlamaq üzərinə fokuslanır. Bu prossesdə hücumçular kimi düşünən ekspertlər sistemlərə sızmağa çalışır, lakin zərər vermədən. Bu yoxlama prossesi həftələr, bəzən isə aylar çəkə bilir. Bu testlər gizli şəkildə aparılır və təşkilatın üzvləri xəbərsiz olur.🦹 Bu ekspertlər Taktikalar, Texnikalar və Prosedurlar (TTPs) üzərinə fokuslanır. Taktika hücumçunun əsas məqsədini göstərir (məsələn, giriş əldə etmək). Texnika bu məqsədə çatmaq üçün hansı üsuldan istifadə olunduğunu göstərir (məsələn, məlumatları oğurlamaq). Prosedur isə həmin texnikanın necə və hansı alətlərlə tətbiq olunduğunu əks etdirir. Red Teaming, klassik pentestdən fərqli olaraq, daha dərin və əhatəli hücum ssenarilərini əhatə edir. Read Teaming, eyni zamanda insan faktorunu və hadisəyə cavab mexanizmlərini də sınayır. Məsələn, sosial mühəndislik, fişinq, fiziki giriş cəhdləri və s. İndi gəlin nümunələrə baxaq👇
- Ssenari: Red Team üzvü özünü texniki dəstək işçisi kimi təqdim edərək bir işçidən parolunu paylaşmasını istəyir.
- Ssenari: Red Team əməkdaşı HR sənədi göndərilmiş kimi görünən bir e-poçt yaradır. Fayl açıldıqda zərərli kod işə düşür və haker sistemə daxil olur.
- Ssenari: Komanda ofisə qonaq texniki servis işçisi kimi daxil olur. USB ilə zərərli proqramı şirkətin kompüterlərinə yükləyir.
- Ssenari: Red Team üzvləri təşkilatın binasına yaxın bir məkanda (avtomobilin içində, kafedə və s.) yerləşərək qurumun Wi-Fi şəbəkəsinə girməyə çalışırlar. Əgər bu şəbəkə zəif qorunursa, hack olunur. 👩💻
- Ssenari: Red Team üzvü xarici təchizatçı kimi ofisə daxil olmağa çalışır.
- Ssenari: Red Team sistemə daxil olur, ancaq iz qoymadan bir müddət fəaliyyət göstərir. Bu müddətdə Blue Team-in bunu aşkarlayıb-aşkarlamadığı izlənilir.

İndi isə gəlin sizə real dünya Red Team ssenarilərindən birini təqdim edim👩💻 Bu hadisə 2012-ci ildə baş verib, Google şirkətinin Red Team-i adi bir plazma qlobusla sistemə backdoor (arxa qapı) daxil etməyə nail olub.

Hücumçu, cazibədar görünən bir plazma qlobus (içində elektrik şimşəkləri olan işıqlı şüşə kürə) hazırlayıb, bu plazma qlobus adi oyuncaq kimi görünürmüş. Amma plazma qlobusun USB kabel hissəsinə ATMega32U4 mikrokontrolçusu yerləşdirib. Bu mikrokontrolçu, LUFA USB kitabxanası vasitəsilə özünü kompüterə klaviatura kimi tanıdaraq, avtomatik olaraq zərərli komanda və ya skriptləri daxil edə bilib. USB cihazlara həmişə şübhə ilə yanaşmaq lazımdır. 👽
Bu günlük hakerlik məcaramızı burada dayandıraq, amma görüşənə qədər siz yenə araşdırıb öyrənməyə davam edin 😊
Məni sosial şəbəkədə izləməyi unutmayın 👉 Cyber with Gunay (@alizadasec) • Instagram photos and videos
İstifadə olunan ədəbiyyatlar : Hacking Google With Plasma | Hackaday
Red Team | HACKING GOOGLE | Documentary EP003
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat