Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Bash Dili Seriyasında Bash dilində istifadəçi daxiletmələri haqqında məlumat əldə edəcəyik.Əvvəlki paylaşımdakı üsuldan fərqli digər bir üsulu istifadə edəcəyik.
İstifadəçi Daxiletməsi (Parametr olaraq)
Bash dilində parametrlərdən istifadə edərək istifadəçi tərəfindən daxil edilmək istənilən verilənləri daxil edə bilərik. Bunun üçün faylın adı və boşluq işarəsi ilə birlikdə daxil edilə bilər.Bu üsuldan bir çox alətlər eləcədə bizdə istifadə edəcəyik. Bütün bunları tətbiq etmək üçün sadə bir kalkulyator proqramı yazaq:
#!/bin/bash
# 2 verilən ədədləri cəmləyən sadə kalkulyator
#Birinci verilən parametri NUM1 dəyişəninə təyin edirik
NUM1=$1
#İkinci veriləni parametri NUM2 dəyişəninə təyin edirik
NUM2=$2
#İki veriləni cəmləyirik və TOTAL dəyişəninə təyin edirik
TOTAL=$(($NUM1+$NUM2))
echo '####################'
printf "%s %d\n" "Toplam olaraq:" $TOTAL
echo '####################'
Nəticəsi olaraq:
┌──(root㉿kali)-[/opt]
└─# ./roseadd.sh 2 4
####################
Toplam olaraq: 6
####################
Bu yazdığımız kodda biz birinci parametrə $1 kimi ikinciyə də uyğun olaraq $2 kimi müraciət etdik.Bu və digər tipli skriptlərdə istədiyimiz qədər parametr əlavə edə bilərik.
Dediyimiz kimi parametrləri artıra bilərik. Təsəvvür edinki 5 parametrldən istifadə edən skript yazmalıyıq, həmdə əgər bu 5 parametrin hər biri istifadəçi tərəfindən təyin edilməsə 0 təyin olunacaq.
#!/bin/bash
# 5 verilən ədədləri cəmləyən sadə kalkulyator
#Birinci verilən parametri NUM1 dəyişəninə təyin edirik
NUM1=${1:-0}
#İkinci veriləni parametri NUM2 dəyişəninə təyin edirik
NUM2=${2:-0}
#Üçüncü veriləni parametri NUM3 dəyişəninə təyin edirik
NUM3=${3:-0}
#Dördüncü veriləni parametri NUM4 dəyişəninə təyin edirik
NUM4=${4:-0}
#Beşinci veriləni parametri NUM5 dəyişəninə təyin edirik
NUM5=${5:-0}
#İki veriləni cəmləyirik və TOTAL dəyişəninə təyin edirik
TOTAL=$(($NUM1 + $NUM2 + $NUM3 + $NUM4 + $NUM5 ))
echo '####################'
printf "%s %d\n" "Toplam olaraq:" $TOTAL
echo '####################'
Bu kodun necə işlədyini başa düşmək üçün ən sadə olaraq NUM1 dəyişəninə nəzər yetirək.Biz burda birinci olaraq dəyişənə istifadəçi tərəfindən verilən parametri ( {1 ) əgər təyin edilməyibsə isə 0 rəqəmini ( :-0} ) təyin edirik.Yəni bütün dəyişənlər susmaya görə 0 rəqəminə bərabərdir.
Uyğun olaraq nəticəsi belədir:
┌──(root㉿kali)-[/opt]
└─# ./roseadd.sh 2 4 8 9
####################
Toplam olaraq: 23
####################
Qeyd:Əgər siz istifadə olunmuş parametrlərin sayını öyrənmək istəyirsinizsə $# kombinasiyasından istifadə edə bilərsiniz.
printf "%s %d\n" "Toplam parametr sayı: " $#
Nəticəsi:
┌──(root㉿kali)-[/opt]
└─# ./roseadd.sh 2 4 8 9
####################
Toplam olaraq: 23
Toplam parametr sayı: 4
####################
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat