Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında Kali Linux əməliyyat sistemində şəbəkə kommandaları və şəbəkə haqqında məlumat əldə edəcəyik.
Şəbəkə interfeysi
Dünyamızın penetration testing sahəsində həyatda qalmaq üçün siz şəbəkə texnologiyaları sahəsində profesional olmalısınız.Bu sizin hansısa bir şirkətə keçirmək istədiyiniz penetration testi mərhələlərindən əsas olanıdır.
FK (fərdi kompüter) xarici şəbəkənin ağ İP ünvanları və lokal şəbəkədə bir biri ilə əlaqə qurması üçün İP ünvanlara sahibdirlər.Bu dediklərin sizin marşrutlayıcınızın vəzifəsidir hansıki siz hər hansı konfiqurasiya etmədən o bu işləri yerinə yetirir.İP adresslər sizin marşrutlayıcınız (router) asılı olara iki üsulla verilir.1-ci üsul statik, özünüz lokal şəbəkənizdə özünüzə ip seçirsiniz,2-ci üsul isə DHCP server ilə avtomatik İP-nin verilməsidir.
Private İPv4 ünvanları diapazonu
- A sinifi: 10.0.0.0-dan 10.255.255.255 qədər və ya 10.0.0.0/8 (16 777 214 cihaza qədər)
- B sinifi: 172.16.0.0-dan 172.31.255.255 qədər və ya 172.16.0.0/12 (1 048 574 cihaza qədər)
- C sinifi: 192.168.0.0-dan 192.168.255.255 qədər və ya 192.168.0.0/16 (65 534 cihaza qədər)
Ən böyük diapazon A sinifinə aiddir hansı ki böyük şirkətlər tərəfindən istifadə olunur, ancaq siz bunu evdədə istifadə edə bilərsiniz.İkinci diapazon B sinifidir orta kiçik şirkətlər üçün istifadə edilir.3-cü diapazon isə C sinifidir, diapazonu limitləndirilmişdir hansıkı bir çox evlərdə istifadə olunur.
İndi isə tez bir zamanda Kali cihazımızın İP adressini öyrənək.Şəbəkə interfeysi və İP addressi haqqında məlumat əldə etmək üçün ifconfig kommandasından istifadə edilir.(Nəzərənizə çatdırırmki ifconfig kommandası ilə yanaşı ip addr kommandası da geniş tətbiq olunur.)
┌──(root㉿kali)-[~]
└─# ifconfig
eth0: flags=4163<UP,BROADCAST,RUNNING,MULTICAST> mtu 1500
inet 192.168.10.16 netmask 255.255.255.0 broadcast 192.168.10.255
inet6 fe80::9b02:60cd:3bde:53a2 prefixlen 64 scopeid 0x20<link>
ether 00:0c:29:bb:e9:4a txqueuelen 1000 (Ethernet)
RX packets 17824 bytes 1234982 (1.1 MiB)
RX errors 0 dropped 0 overruns 0 frame 0
TX packets 78701 bytes 4741165 (4.5 MiB)
TX errors 0 dropped 0 overruns 0 carrier 0 collisions 0
lo: flags=73<UP,LOOPBACK,RUNNING> mtu 65536
inet 127.0.0.1 netmask 255.0.0.0
inet6 ::1 prefixlen 128 scopeid 0x10<host>
loop txqueuelen 1000 (Local Loopback)
RX packets 19 bytes 1460 (1.4 KiB)
RX errors 0 dropped 0 overruns 0 frame 0
TX packets 19 bytes 1460 (1.4 KiB)
TX errors 0 dropped 0 overruns 0 carrier 0 collisions 0
Yuxarıda gördüyünüz kimi iki şəbəkə interfeysinə sahibik.1-ci olan üstdə yerləşən eth0 – bu mənim Kali cihazımı daxili şəbəkə ilə birləşdirən Ethernet interfeysidir.Əgər bizim ikinci bir Ethernet interfeysimiz olsa idi adı eth1 olacaq idi.(Simsiz interfeyslər üçün istifadə olunan adlara diqqət yettirin:wlan0,wlan1)
Bizim Ethernet adapterimiz haqqında iki əsas faktı bilməliyik.Birinci olaraq inet 192.168.10.16 Kali cihazın İP adressini bildirir.İkincisi isə subnet,yəni şəbəkə alt maskası biz netmask 255.255.255.0 yəni /24 maskasından istifadə edirik.Digər bir sözlə bu diapazon üçün 254 ip ünvan verə bilərik.
İkinci interfeys – lo, lokal loopback interfeysini özündə saxlayır.Siz onu heç vaxt istifadə etməyəcəksiniz o şəbəkə infrastruktrunun düzgün işləməsi üçün lazımdır.
Qarşılaşacağımız iki yenə interfeys vardır.1-cisi bu simsiz bağlantı interfeysi(wifi).İkincisi isə uzaq VPN serverinə qoşulduğumuzda istifadə etdiyimiz VPN interfeysidir.
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram: https://t.me/xakeraz_official