Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında əhəmiyyətli mövzu olan istifadəçi kommandalarını əhatə edəcəyik.
İstifadəci kommandaları
İcazələri az olan istifadəçilər bəzi yüksək icazə tələb edən kommandaları icra edərkən “sudo” kommandasından istifadə etməlidirlər.”sudo” kommandasını icra edərkən sizdən sizin istifadəçi hesabınızın şifrəsini tələb edəcəkdir.
Kali əməliyyat sisteminə yeni istifadəçi əlavə etmək üçün isə “useradd” kommandasından istifadə olunur.Mütləqdir bu kommanda ilə bir yerdə “sudo” qrupunu -G parametri ilə və -s parametri ilə isə shell müəyyən edilməlidir.
useradd -m (istifadəçi adı) -G (qrupun adı) -s (shell növü)
Bizim kommandamız isə belə görsənəcəkdir:
useradd -m rose -G sudo -s /bin/bash
Sonra isə bu istifadəçiyə parol təyin edəcəyik:
passwd (istifadəçi adı)
Bizim yazdığımız parol ekran təhlükəsizlik səbəbindən görsənməyəcəkdir.
Gördüyümüz root@kali formatı isə çox sadə bir formatdır. Mənası isə belədir:
username@hostname
Yeni yaratdığımız rose istifadəçisinə keçmək üçün isə biz “su” kommandasından istifadə edəcəyik.Təxmini ingilis dilində “switch user” sözlərinin qısaltmasıdır. (Əmri icra etdikdən sonra root@kali yazısının rose@kali yazısına keçəcəyini görə bilərsiniz.
İstifadəçinin hansı əməliyyatları və kommandaları root icazəsi ilə edə biləcəyini görmək üçün “sudo -l” kommandasından istifadə olunur.
Cari istifadəçinin məlumatlarına baxmaq üçün isə “id” kommandasından istifadə olunur.
Mövcud zamanda sistemdə aktiv olan və əvvəl daxil olmuş istifadəçilər haqqında məlumatı “w” və ya “who” kommandalarının köməyi ilə əldə edə bilərik.
İsitifadəçini silmək üçün (indiki zamanda test istifadəçisini silirik) “userdell” kommandasından istifadə olunur.
userdell (silinəcək istifadəçinin adı)
Bizim kommandamız isə belədir:
sudo userdell test
Son avtorizasiya etmiş istifadəçilərin siyahısını, məlumatlarını əldə etmək üçün isə “last” kommanasından istifadə olunur.
Nəhayətki diqqəti /etc/passwd faylına veririk bu o fayldırki, orda bütün istifadəçilərin məıumatları yer alır və burdan konfiqurasiya olunur.Bu fayla baxmaq üçün yüksək icazəli istifadəçi olmaq mütləqdir (məs: root)
Əgər sistemdə root icazəsinə sahibiksə deməli bu fayla “cat” kommandası ilə baxa bilərik.
cat /etc/passwd
Bu gün ki paylaşımız bu qədər əziz oxucular inanıram faydası dəymişdir.Əgər müəyyən qədər faydalı olmuşdursa bəyənib, kommentlərdə öz fikirlərinizi bölüşə bilərsiniz!
Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram: https://t.me/xakeraz_official