Pythonda Faylların İdarə Edilməsi
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda faylların idarə edilməsi? Faylların idarə edilməsi necə yerinə yetirilir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Faylların İdarə Edilməsi
Python proqramlaşdırma dilində faylların idarə edilməsi prosesi iki istiqamətdə həyata keçirirlir:
- Faylın açılıb oxunması
- Faylın yazılması
Pythonda faylı açıb oxumaq üçün open funksiyasından və 2 parametrdən istifadə edilməlidir.
- faylın yolu
- icazəni simvolizə edən hərf (r-read,w-write)
Bir nümunə ilə pythonda faylların idarə edilməsini praktika edək.Aşağıdakı Python skriptində verilən siyahından ilk 10 sətri oxuyacayıq.
#!/usr/bin/python3
import sys
try:
open_file=open("/usr/share/wordlists/rockyou.txt","r")
print("File Opened !!")
count=0
for line in open_file:
count=count+1
print (line)
if (count==10):
break
except:
print("File was not opened!!")
sys.exit(0)
Və yazdığımız skript rockyou.txt faylının ilk 10 sətrinin çap edir.
┌──(root㉿kali)-[~/Desktop/Scripts]
└─# python3 fileread.py
File Opened !!
123456
12345
123456789
password
Python skriptində daxil etdiyimiz fayla hər hansı məlumat yazmaq üçün open funksiyasındakı r parametrini a (append) ilə dəyişdirmək lazımdır.
#!/usr/bin/python3
def write_file(path,content):
try:
open_file=open(path,'a')
open_file.write(content)
except Exception as error:
print("Error: %s" % str(error))
finally:
return
write_file("/root/Desktop/Scripts/xakeraz.txt","THIS IS FROM XAKER.AZ!!")
Bu kod parçasında Scripts qovluğunda xakeraz.txt faylını yaradır və içinə istədiyimiz məlumatı daxil edirik.
└─# cat xakeraz.txt
THIS IS FROM XAKER.AZ!!
Pythonda Fayl Açma Modları
| Mode | İzahı |
|---|---|
"r" | Read (oxuma) — Faylı oxumaq üçün açır. Fayl mövcud olmalıdır, əks halda error (FileNotFoundError) atır. |
"w" | Write (yazma) — Faylı yazmaq üçün açır. Fayl varsa, içindəkiləri tam silib sıfırdan yazır. Fayl yoxdursa, yenisini yaradır. |
"a" | Append (əlavəetmə) — Faylı mövcud məzmunu saxlayaraq sonuna əlavə yazmaq üçün açır. Fayl yoxdursa, yaradır. |
| Mode | İzahı |
|---|---|
"r+" | Faylı həm oxumaq, həm də yazmaq üçün açır. Fayl mövcud olmalıdır. Mövcud məzmun üzərinə dəyişiklik edə bilər. |
"w+" | Faylı həm oxuma, həm yazma üçün açır, amma əvvəlcə faylın içindəkiləri tam silir. Fayl yoxdursa, yaradır. |
"a+" | Faylı həm oxuma, həm əlavə yazma üçün açır. Yazı həmişə faylın sonuna əlavə olunur. Fayl yoxdursa, yaradır. |
Ümidvaram faydalı olmuşdur.
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat