Salam bugün ki paylaşımımızda Helpdesklə əlaqədar olacaqdır. Əvvəla bu sahə barəsində məlumat veriləcək və PDF kitabın link paylaşım sonunda yerləşdiriləcəkdir.
Help Desk. Demək olar ki, hər kəsin kompüteri olduğundan və ofislərdə çoxlu sayda printerlər, routerlər, kameralar olduğundan, təbiidir ki, bütün bunlara nəzarət edilməlidir və əlbəttə ki, xidmət göstərilməlidir. Axı, çox vaxt heç bir istifadəçi texnologiyanı oxumaq və anlamaq istəmir. Onun işləməsini istəyir. Və bu an köməyə Help Desk mütəxəssis gəlir. Axı Help Desk çoxfunksiyalıdır və hər işi bacarır! Printeri qoşmaq lazımdır? -Buyur! İnternet işləmir? – İndi həll edərik.
Windows əməlliyat sistemində problemlər yaranıb və şəxsi məlumatlarınızı itirmisiz? – Biz sizə kömək etməyə çalışacağıq!
Bu mərhələ ən çətini olmasa da, heç də az əhəmiyyət kəsb etmir. Help Desk-siz digər işçilər və hətta rəhbərlik çətinliklərlə üzləşə bilər. Sual yarana bilər ki, onlar bu işdən nə qədər qazanır? Ən maraqlısı məhz burada başlayır. Azərbaycanda helpdesk mütəxəssislərinin maaş aralığı çox böyükdür. Sizin maaş 300 AZN də ola bilər 700 də. Bəzən əlavə faiz də ala bilərsiz. Bəzi şirkətlərdə Help Desk mütəxəssisinə ayda 1000 AZN-dən yuxarı maaş verilir!
Yəni Helpdesk qulaq ardına vurula biləcək bir sahə deyil və bir çox İT sahəsinə yolun başlanğıcıdır.
PDF kitab linki: https://t.me/xakeraz_official/28