Pythonda Şərtlər, if-else Operatoru və Müqayisə Operatorları
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda Qlobal dəyişənlər nələrdir? Global dəyişənlər necə tətbiq edilir.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Şərtlər
Şərtlərin yerinə yetirilməsi if operatoru ilə tətbiq edilir və şərtlər Boolean nəticəsinin müqayisə edilməsinə əsaslanır. İf operatoru Doğru (True) və ya Səhv (False) dəyərlərini yoxlayır.Əgər şərt hissəsində True dəyəri ilə gələn zaman ilkin şərt kommandaları yerinə yetirilir. Məsələn aşağıdakı kimi görə billərik.
def login (pass):
if (pass == "MrRobot"):
print("Welcome to FSociety!")
secret = input ("Enter your pass: ")
login(secret)
Yazdığımız kodun icra olunması zamanı aşağıdak nəticəni əldə edirik.
┌──(root㉿kali)-[~]
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
Enter your pass: MrRobot
Welcome to FSociety!
İf/Else Operatoru
Yuxarıdakı nümunənin yerinə yetirilməsində login əməliyyatını simulyasiya etdik. Bəs əgər parol səhv olarsa o zaman necə edəcəyik? Bunu yerinə yetirmək üçün else operatorundan istifadə edəcəyik. Nümunə olaraq yaza bilərik:
def login(password):
if (password == "MrRobot"):
print("Welcome to FSociety!")
else:
print("Wrong Password! ")
secret = input("Enter your pass: ")
login(secret)
Düzəliş edilmiş halında istifadəçi səhv parol daxil etdikdə aşağıdakı yazı ilə qarşılaşacaqdır.
┌──(root㉿kali)-[~]
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
Enter your pass: Rose
Wrong Password!
Müqayisə Operatoru
Əvvəlki nümunədə bir şərt blokundan müqayisə etmək üçün == operatorundan istifadə etdik. Bu operator verilə iki dəyərin eyni olmasını yoxlayır. Müqayisə operatorları tək istifadə etdiyimiz operator ilə bitmir. Onlar çoxdur və onların sistematik istifadəsi və izahı aşağıdakı cədvəldə göstərilmişdir.
| Operator | İzahı | Nümunə | Nəticə (True / False) |
|---|---|---|---|
== | Bərabərdirmi? | ftp_port == 21 | True |
!= | Bərabər deyilmi? | ftp_port != http_port | True |
> | Böyüktürmü? | http_port > ftp_port | True |
< | Kiçikdirmi? | ftp_port < http_port | True |
>= | Böyük və ya bərabərdirmi? | http_port >= 80 | True |
<= | Kiçik və ya bərabərdirmi? | ftp_port <= 21 | True |
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat