Pythonda Lokal və Qlobal Dəyişənlərin Fərqi
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda Qlobal dəyişənlər nələrdir? Global dəyişənlər necə tətbiq edilir.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Qlobal Dəyişənlər
Adi halda təyin etdiyimiz dəyişənlər qlobal dəyişənlər sayılır və onlar hansısa tabulyasiya daxilində yox, kodun əsas hissəsində təyin edilir.Pythonda qlobal dəyişənlər əsasən kodun üst hissəsində yerləşdirilir. Bir nümunə ilə daha yaxşı başa düşə bilərik.
default_portNumber = 80
def print_portNumber():
#Burada təyin edilən dəyişən lokal dəyişəndir.
default_portNumber= 443
return default_portNumber
print("Lokal deyisenin deyeri ---> %d" % print_portNumber())
print("Qlobal deyisenin deyeri ---> %d" % default_portNumber)
Yuxarıdakı kodun icrası zamanı isə nəticəni aşağıdakı kimi görə bilərik:
┌──(root㉿kali)-[~]
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
Lokal deyisenin deyeri ---> 443
Qlobal deyisenin deyeri ---> 80
Funksiyanın yerinə yetirilməsi zamanı əməliyyatın yerinə yetirilməsi zamanı ilkin olaraq lokal dəyişənlər tətbiq olunur. Daha sonra isə qlobal dəyişənlərə müraciət edilir.
Qlobal Dəyişənlərin Dəyişdirilməsi
Bəs biz funksiya daxlində qlobal dəyişəni dəyişmək istəsək nə etməliyik? Funksiya daxilində qlobal dəyişənin əvvəlinə global açar sözünü daxil etməliyik.Nümunəsi aşağıdakı kimidir:
default_portNumber = 80
def print_portNumber(portNumber):
#Burada lokal deyisen qlobal deyiseni deyisdirecekdir.
global default_portNumber
default_portNumber = portNumber
return default_portNumber
print("Lokal deyisenin deyeri ---> %d" % print_portNumber(443))
print("Qlobal deyisenin deyeri ---> %d" % default_portNumber)
Gördüyümüz kimi funksiya daxilində default_portNumber dəyişəninə global olaraq təyin etmişik. Burada biz əvvəlki icradan fərqli olaraq iki ədədi 443 olduğunu görə bilərik.
┌──(root㉿kali)-[~]
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
Lokal deyisenin deyeri ---> 443
Qlobal deyisenin deyeri ---> 443
Nəticə
Yuxarıdakı nümunələrdən bir nəticəyə gəlmək olar ki, funksiya icra edilərkən ilkin olaraq lokal dəyişənlərə daha sonra isə qlobal dəyişənlərə müraciət edir. Funksiya daxilində qlobal dəyişəni dəyişmək üçün isə global açar sözündən istifadə etməliyik.Həmçinin funksiya daxilində təyin edilən dəyişəni kodun digər hissələrində icra etmək üçün global açar sözü istifadə edilməlidir.
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat