Pythonda Funksiyaların Tətbiqi və Yaradılması
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda Funksiyalar nədir? Pythonda Funksiyaların tətbiqi necədir? Pythonda Funksiyaların Yaradılması və Tətbiqi.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Funksiyalar
Dəyişənlər kimi Funksiyalarda proqramlaşdırma dillərində təkrarlanmaya, səhvlərin əmələ gəlməsinin qarşısını almaq üçün istifadə olunur.Funksiyaların tətbiqi zamanı kod daha təmiz və daha məntiqi olaraq görünəcəkdir.Python dilində funksiyaların yaradılması üçün bir neçə qaydalar mövcuddur. Əvvəlcə Python dilində tipik olaraq bir funksiya belə görünür.
def funksiya_adi(parametrler):
#kommandalar buradadir.
return [deyer/None]
Yuxarıdakı struktur üzərindən aşağıdakı qaydaları biz təyin edə bilərik.
- funksiyanın təyin edilməsində funksiya adının əvvəlində mütləq def açar sözü işlədilməlidir.
- əgər bizim funksiyamız parametr icra edəcəksə, o zaman parametr adı mötərizə daxilinə yazılmalıdır.
- funksiya təyin edilib bitən zaman mütləq : (qoşa nöqtə) yazılmalıdır.
- Funksiya daxilində kommandalar mütləq şəkildə məsafə intervalı olmalıdır.
- əgər istəsəniz hər hansı məlumatı qaytarmaq üçün return kommandasından istifadə edə bilərik.
İstənilən bir yazını yazacaq olan sadə bir funksiya yaradaq və onun kodu aşağıdakı kimi görünəcəkdir.
def metn_yaz(text):
print(text)
return
metn_yaz("XAKER.AZ IS BEST!")
Bu yazdığımız olan funksiyanın tətbiq edilməsi zaman isə aşağıdakı məlumatı ala bilərik:
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
XAKER.AZ IS BEST!
Qayıdan dəyərlər
Bəzi skriptlərin yazılması zamanı biz funksiyalarımızın bir dəyər qaytarmasını istəyə bilərik.Məsələn port nömrəsinə əsasən onun adını qaytaran bir funksiya yazmalıyıq və bu belə görünəcəkdir:
def servis_adi (port):
ports= {21:'FTP', 22:'SSH', 80:'HTTP', 443:'HTTPS'}
return ports[port]
print (servis_adi(22))
Və kodun nəticəsini aşağıda görə bilərik!
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
SSH
Mütləq olmayan Arqumentlər
Mütləq olmayan arqumentlər bizim tərəfimizdən default, yəni susmaya görə təyin etdiyimiz dəyəri alır və əgər biz ona digər dəyər verməzsək əgər dəyişməz olaraq qalır.İndi isə yuxarıdakı funksiyada default olaraq port nömrəsini 80 təyin edəcəyik.
def servis_adi (port=80):
ports= {21:'FTP', 22:'SSH', 80:'HTTP', 443:'HTTPS'}
return ports[port]
print (servis_adi())
Və yuxarıda başa düşdüyümüz məntiq ilə nəticə 80 portunu bildirən HTTP yazısı olacaqdır.
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
HTTP
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat