Android Studio nədir? Rootlu Emulator nədir? Nə üçün rootlu emulator lazımdır?Android Pentest nədir? Android Pentest üçün niyə rootlu emulator vacibdir? Rootlu emulator ilə root olmayan emulator arasındakı fərq nədir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Bu paylaşım seriyası Mobile Application Pentesting üzərindən gedəcəkdir və paylaşımın məqsədi Android Pentest üçün mühitin qurulmasıdır.
Android Studio nədir?
Android Studio, Google tərəfindən Android əməliyyat sistemi üçün hazırlanan rəsmi inteqrasiya olunmuş inkişaf etdirmə mühitidir (IDE). JetBrains-in IntelliJ IDEA platforması əsasında qurulmuşdur və Java və ya Kotlin dilindən istifadə edərək Android tətbiqlərinin hazırlanmasını, test edilməsini və sazlanmasını asanlaşdırır.Bir sözlə biz Android Studio Java proqramlaşdırma dilində tətbiqləri hazırlaya, test edə və build edə bilərik.Tətbiqlərin test edilməsi üçün isə Android Studio özündə Emulator adı verdiyimiz virtual telefonları qurmağa imkan yaradır.
Aşağıda Android Studioda istifadə edilən bir emulatoru görə bilərik:

Kali Linuxa Android Studio Qurulması
Aşağıda Kali (Debian‑based) üzərində Android Studio və Android SDK/Emulator üçün ən etibarlı qurulması üçün təlimatları göstərilmişdir.Mümkün qədər düz və dəqiq kommandalar ilə xətasız bir şəkildə Android Studionun qurulması üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:
1.Sistem updatelərinin yerinə yetirilməsi
sudo apt update && sudo apt upgrade -y
2.Android Studio üçün tövsiyə olunan proqramlaşdırma mühitini,JDK-21 (Java Development Kit) versiyasını apt ilə endiririk:
┌──(root㉿XAKER)-[/home/kali/Desktop]
└─# sudo apt install -y openjdk-21-jdk wget unzip tar
wget is already the newest version (1.25.0-2).
unzip is already the newest version (6.0-29).
unzip set to manually installed.
tar is already the newest version (1.35+dfsg-3.1).
Upgrading:
openjdk-21-jre openjdk-21-jre-headless
Installing:
openjdk-21-jdk
Installing dependencies:
openjdk-21-jdk-headless
Suggested packages:
openjdk-21-demo openjdk-21-source visualvm
Summary:
Upgrading: 2, Installing: 2, Removing: 0, Not Upgrading: 1339
Download size: 129 MB
Space needed: 101 MB / 63.5 GB available
3.Android Studio rəsmi səhifəsindən arxiv faylını endiririk və arxivdən faylları çıxarırıq./opt qovluğunda android-studio qovluğu daxilində /bin daxilində studio.sh skriptini işə salırıq.

┌──(root㉿kali)-[/opt]
└─# mv /home/kali/Downloads/android-studio-2025.1.4.8-linux.tar.gz .
┌──(root㉿kali)-[/opt]
└─# ls -la
total 1404180
drwxr-xr-x 3 root root 4096 Oct 24 14:01 .
drwxr-xr-x 18 root root 4096 May 29 18:11 ..
-rw-rw-r-- 1 kali kali 1437860983 Oct 24 13:44 android-studio-2025.1.4.8-linux.tar.gz
drwxr-xr-x 3 root root 4096 May 29 15:17 microsoft
└─# tar -xzf android-studio-2025.1.4.8-linux.tar.gz
┌──(root㉿kali)-[/opt]
└─# ls -la
total 1404184
drwxr-xr-x 4 root root 4096 Oct 24 14:01 .
drwxr-xr-x 18 root root 4096 May 29 18:11 ..
drwxrwxr-x 8 root root 4096 Jan 1 2010 android-studio
-rw-rw-r-- 1 kali kali 1437860983 Oct 24 13:44 android-studio-2025.1.4.8-linux.tar.gz
drwxr-xr-x 3 root root 4096 May 29 15:17 microsoft
┌──(root㉿kali)-[/opt]
└─# cd android-studio
┌──(root㉿kali)-[/opt/android-studio]
└─# cd bin
┌──(root㉿kali)-[/opt/android-studio/bin]
└─# ls -la
total 1800
drwxrwxr-x 4 root root 4096 Jan 1 2010 .
drwxrwxr-x 8 root root 4096 Jan 1 2010 ..
-rw-r--r-- 1 root root 136 Jan 1 2010 appletviewer.policy
-rw-r--r-- 1 root root 214760 Jan 1 2010 brokenPlugins.db
-rwxr-xr-x 1 root root 226 Jan 1 2010 format.sh
-rwxr-xr-x 1 root root 28834 Jan 1 2010 fsnotifier
-rwxrwxr-x 1 root root 10350 Jan 1 2010 game-tools.sh
drwxrwxr-x 3 root root 4096 Jan 1 2010 helpers
-rw-r--r-- 1 root root 10739 Jan 1 2010 idea.properties
-rwxr-xr-x 1 root root 301 Jan 1 2010 inspect.sh
drwxrwxr-x 3 root root 4096 Jan 1 2010 lldb
-rwxr-xr-x 1 root root 834 Jan 1 2010 ltedit.sh
-rwxr-xr-x 1 root root 287 Jan 1 2010 profiler.sh
-rwxr-xr-x 1 root root 510160 Jan 1 2010 restarter
-rwxr-xr-x 1 root root 963576 Jan 1 2010 studio
-rw-r--r-- 1 root root 702 Jan 1 2010 studio64.vmoptions
-rw-r--r-- 1 root root 6864 Jan 1 2010 studio.png
-rwxrwxr-x 1 root root 10336 Jan 1 2010 studio.sh
-rw-r--r-- 1 root root 27642 Jan 1 2010 studio.svg
┌──(root㉿kali)-[/opt/android-studio/bin]
└─# ./studio.sh
4.Setup səhifələri ilə qarşılaşdığımız zaman Next edərək davam edirik.

Burada göstərildiyi kimi lisenziyanı qəbul edirik.

Və Linux üçün lazım olan fayllar və Android SDK mühiti yüklənir. (Proses kompyuterdən və şəbəkə internetindən asılı olaraq çox vaxt apara bilər)

Bütün yükləmə və quraşdırmaq əməliyyatları bitdikdən sonra aşağıdakı şəkildə Android Studio hazır olacaqdır.
Rootlu Emulatorun Qurulması və Root Olmasının Təsdiqlənməsi
Android Studio üzərində rootlu emulator qurmaq üçün Yeni Cihaz yaratma yerindən Android APİ olaraq Google mənbəsi yox, Google yazılmayan (x86 və s yazılan) cihaz image seçilməlidir. Əks təqdirdə yaradılan emulator rootlu olmayacaqdır.Google yazılan image`lərdə root olmamasının səbəbi isə həmin image`lərdə Google Play tətbiqlərinin default olaraq qurulu gəlməsidir.
İlk öncə yuxarıda quraşdırdığımız Android Studio proqramında Yeni Proyekt (New Project) yaradırıq, bunun emulatora hər hansı bir təsiri yoxdur. Gələn seçimdə No activity seçirik.

Daha sonrakı səhifədə heç bir dəyişiklik etmədən Finish düyməsinə klikləyirik.

Açılan yeni ekranda sağ tərəfdə Device Manager yerləşir orada + işarəsinə klikləyirik və (Create Virtual Device seçirik)

Qarşımıza gələn versiyalar üzərindən APİ-30 yəni Android 11 seçirik, onsuz yeni sehifədə yenə dəyişəcəyik.

Açılan yeni səhifədə APİ yerinə Android 11 yəni APİ 30 Sevices hissəsinə isə Open Source seçirik, daha sonra aşağıda Open Source olan image yükləyirik və Finish ilə quraşdırmanı bitiririk.

Və emulator aşağıdakı kimi görünəcəkdir.

Android Studionun sol aşağı hissəsində Terminal ekranına keçərək adb shell və su deyərək root istifadəçisini keçid edirik.Bu o deməkdir ki, rootlu emulatordan istifadə edirik.

Təbriklər! Əgər Mobile Pentesting üzrə bu paylaşımı tətbiq etdinizsə, seriyanın ilk addımını tamamlığıdınız mənasına gəlir! Hamınıza uğurlar!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat