Windows'a Neo4j və BloodHound Quraşdırılması
Neo4j nədir? BloodHound nədir? Bloodhound quraşdırılması necədir? Neo4j quraşdırılması necədir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Neo4j və BloodHound nədir?
Neo4j — graph database-dir (qraf verilənlər bazası).
Adi SQL bazalarından fərqli olaraq obyektlər və onların əlaqələrini (relationship-ləri) saxlamağa fokuslanır.
Active Directory (AD) strukturu da qraf kimi təmsil olunduğu üçün Neo4j BloodHound tərəfindən istifadə olunur.
BloodHound — Active Directory şəbəkəsində privilege escalation yollarını tapmaq üçün istifadə olunan vasitədir.
BloodHound:
- AD istifadəçiləri, qrupları, kompüterləri və onların arasında olan access control əlaqələrini vizuallaşdırır.
- Hücumçu üçün privileged user-ə (məsələn, Domain Admin) çıxış yollarını tapır.
- Security auditor və pentesterlər üçün Active Directory zəifliklərini analiz edir.
Quraşdırılması
Neo4j və Bloodhound alətinin əməliyyatlarını yerinə yetirməsi üçün Java proqramlaşdırma mühitindən istifadə edilər. Məhz buna görə ilkin olaraq Java proqramlaşdırma mühiti cihaza yüklənməlidir. Yükləmə quraşdırma qaydası aşağıdakı kimidir.
Javanı Quraşdırmaq.
- İlkin olaraq javanı Oracleın rəsmi saytından https://www.oracle.com/java/technologies/javase-jdk11-downloads.html (bunun üçün Oracle hesabı lazımdır.).Hesab məlumatları daxil etmədən Microsoftun saytından yükləyə bilərik: https://learn.microsoft.com/en-us/java/openjdk/download#openjdk-11 (Java mühiti mütləq versiyası 11 olmalıdır.)
- Quraşdırma sırasından Java mühitində JAVA_HOME sistem dəyişənin təyin edildiyinə diqqət yetirilməldir.

JAVA_HOME sistem dəyişənin düzgün quraşdırıldığını görmək üçün CMD-də aşağıdakı kommandadan istifadə edə bilərik.
rundll32.exe sysdm.cpl,EditEnvironmentVariables

Neo4j Quraşdırılması
Neo4j 5 versiyasının performans və effektivlik xətaları vardır. Belə problemlərə qarşılaşmamaq üçün Neo4j 4.4.x versiyasından istifadə etmək tövsiyə edilir.
- neo4j 4.x Community Server Edition zip versiyasını buradan yükləyin. https://neo4j.com/download-center/#community
- Neo4j zip faylından çıxarın
- Run as Administrator deyərək administrator səlahiyyəti ilə CMD açırıq və zipdən çıxardığımız neo4j qovluğuna daxil oluruq.
- Neo4j qovluğunun daxilindəki bin qovluğuna daxil oluruq.
- Aşağıdakı kommandanı yerinə yetiririk.
C:\> neo4j.bat install-service
Bu məqamda Java-nın tapılmaması və ya köhnə versiyası ilə əlaqədar xəta yaranarsa, Java-nın quraşdırılması mərhələlərini yenidən yoxlayın.
Əgər belə
Couldn’t find prunsrv file for interacting with the windows service subsystem …xəta ilə qarşılaşırsınızsa. Bu çox hallarda NEO4J_CONF və NEO4J_HOME sistem dəyişənlərinin düzgün quraşdırılmadığı üçündür.Həlli olaraq bu dəyişənlərin Neo4j qovluğuna yeri göstərilməlidir.

Əgər belə
Could not find or load main class org.neo4j.server.startup.Neo4jCommandxəta ilə qarşılaşırsınızsa. Bu çox hallarda NEO4J_CONF və NEO4J_HOME sistem dəyişənlərinin düzgün quraşdırılmadığı üçündür.Həlli olaraq bu dəyişənlərin Neo4j qovluğuna yeri göstərilməlidir.
.

6. neo4j artıq Windows servisi olaraq quraşdırılmışdır. Servisi başlatmaq üçün kommanda belədir:
C:\> net start neo4j
Servis başladıqda “The neo4j Graph Database – neo4j service was started successfully.” mesajını görməliyik.

7. Artıq web browser açın və http://localhost:7474/ adresinə daxil olun. Veb səhifə üzərində neo4j konsolunu görə bilərik.

8.Neo4j web konsoluna istifadəçi adı neo4j və parol neo4j məlumatları ilə daxil olun. Daxil olduqdan sonra parolu dəyişmək tövsiyyə olunur.
BloodHound Quraşdırılması
1.BloodHound GUI proqramının son versiyasını bu linkə daxil olaraq yükləyirik. https://github.com/BloodHoundAD/BloodHound/releases
2.Zipdən qovluğu çıxarırıq və BloodHound.exe proqramını icra edirik.
3.Neo4j veb konsolu üçün təyin etdiyiniz istifadəçi məlumatları ilə daxil olun.

Ümid edirəm faydalı olmuşdur! Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat