ipconfig
Hansı məqsəd üçün istifadə olunur – Şəbəkə adapterlərinin konfiqurasiyasını və IP ünvanlarını göstərir. Bu komanda şəbəkə problemi olduqda ilk olaraq istifadə edilir.
Nümunə olaraq komandalara baxaq
ipconfig – Şəbəkə adapterlərinin əsas məlumatlarını göstərir.
ipconfig /all – Daha ətraflı məlumat verir, MAC ünvanı, DHCP, DNS və s.
ipconfig /release – Mövcud IP ünvanını azad edir.
ipconfig /renew – Yenidən IP ünvanı alır.
ipconfig /flushdns – DNS keşini təmizləyir. DNS problemi olduqda istifadi olunur.
ping
Hansı məqsəd üçün istifadə olunur – Hədəf hosta paket göndərərək əlaqəni yoxlayır.
ping google.com – Google serverinə paket göndərir və cavabı göstərir.
ping 192.168.1.1 – Lokal şəbəkədə router ilə əlaqəni yoxlayır.
ping -t google.com – Dayanmadan ping edir (Ctrl + C ilə dayandırır).
tracert
Hansı məqsəd üçün istifadə olunur – Hədəfə gedən yol boyunca keçid nöqtələrini (routerləri) göstərir. Bu, məlumat paketinin hansı marşrutla getdiyini öyrənmək üçün istifadə edilir.
Nümunə olaraq aşağıda komandalara baxaq
tracert google.com – Google serverinə gedən marşrutu göstərir.
nslookup
Təyinati: Domen adlarının IP ünvanlarını göstərir və DNS sorğuları edir.
Nümunə olarq komandalara baxaq
nslookup linuxoyren.com – Domen adının IP ünvanını göstərir.
nslookup – Burada əlavə DNS sorğuları aparmaq mümkün olur.
netstat
Hansı məqsəd üçün istifadə olunur – Şəbəkə bağlantılarını və portları göstərir.
Hansı məqsəd üçün istifadə olunur
netstat – Aktiv bağlantıları göstərir.
netstat -an – Bütün aktiv portları və IP-ləri göstərir.
netstat -r – Yönləndirmə cədvəlini göstərir.
route
Hansı məqsəd üçün istifadə olunur – Yönləndirmə cədvəlini idarə edir və göstərir.
route print – Yönləndirmə cədvəlini göstərir.
route add 192.168.1.0 mask 255.255.255.0 192.168.1.1 – Yeni marşrut əlavə edir.
route delete 192.168.1.0 – Marşrut silir.
arp
Hansı məqsəd üçün istifadə olunur – ARP (Address Resolution Protocol) keşini idarə edir.
Nümunəyə baxaq
arp -a – ARP keşini göstərir.
arp -d 192.168.1.1 – Xüsusi IP üçün ARP girişi silir.
getmac
Hansı məqsəd üçün istifadə olunur : MAC ünvanlarını göstərir.
Nümunəyə baxaq:
getmac – Şəbəkə adapterlərinin MAC ünvanlarını göstərir.
Bu komandalar Windows şəbəkə problemlərini həll etməkdə çox faydalıdır. Daha ətraflı izahlar isə gələcək paylaşımlarda olacaq izləmədə qalın! Təşəkkürlər!