Kriptoqrafiya nədir? Kriptoqrafiyanın əsasları nələrdir? Hashing nədir? Hashing əsasları nələrdir?Alqoritm nədir?Parolların Hashi nə üçün istifadə olunur?Hash ilə Parolların Qorunması təşkili
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Parolların Hashlənməsi
Saxlanılan və qeydə alınan parolların qorunmasının ən yaxşı yolu parolların hashlənməsidir.
İlkin olaraq hər hansı istifadəçi yeni hesab yaradarkən öz parolunu təyin edir. Bəs bu server tərəfdə necə həyata keçirirlir?
Server tərəfdən olan saytın back-end kodu alınan parolu saytın verilənlə bazasından qeyd etməzdən əvvəl güclü hash alqoritmləri ilə məsələn: SHA-256 ilə hashləyəcəkdir.İndi isə verilənlər bazasında quruluşuna görə mürəkkəb və tərsinə çevrilməyən hashlərlə doludur.
Hətta saytın öz Administratoru belə həmin hashlərə görə və tərsinə çevirə bilmir. Bəs qeydiyyatdan keçən istifadəçilər veb sayta necə giriş edirlər?
Cavabı isə çox sadədir, istifadəçi giriş edərkən parolunu qeyd edir, bu zaman qeydiyyatdan keçən zaman yerinə yetirilən proseslər təkrarlanır və sonda həmin hash ilə verilənlər bazasındakı hash müqayisə edilir. Əgər iki hash bir birinə bərabərdirsə, o zaman istifadəçi müvəfəqiyyətlə sistemə giriş edir.
Parolların Hash ilə Qorunması
Parolların təhlükəsiz bir şəkildə saxlanılması üçün aşağıdakı tövsiyyələrə riayyət edilməlidir:
- parolların saxlanılmasında MD5 və SHA1 hash alqoritmlərindən istifadə etməyin.
- SHA2 və ya SHA3 hash alqoritmlərindən istifadə etmək tövsiyyə edilir.
- Parolların hashlənməsindən salt (duz) istifadə edin.
Bəs bu salt (duz) nədir?
Bəs parolların hashlənməsi təhlükəsiz olmalı deyilmi? Əlbəttə parolların hashlənməsi təhlükəsizdir. Bəs nəyə görə MD5 və SHA1 ilə hash etmək tövsiyyə olunmur?
Onlar hamsı əlaqədar olaraq bir problemə gəlir çıxır – Brute force və lüğt hücumları ilə hashlərin deşifrə edilməsidir.
MD5 hash alqoritmi sürətlidir, SHA2 isə daha gec və mürəkkəbdir.Bununla SHA2 ilə brute force və ya lüğət hücumu zamanı bu əməliyyat daha çox zaman alacaqdır.Bundan əlavə olaraq MD5 hash 128 bitlik hash verirsə, SHA2 isə hash uzunluğu 256 bitdir. Hash uzunluğu nə qədər çox olarsa, o qədər yaxşıdır.
İndi isə salt (duz) terminin açıqlaması gəlir.Salting texnologiyası parolların hash alqoritmləri ilə hashlənməzdən əvvəl parola ixtiyari simvolların əlavə edilməsi ilə həyata keçirilir. Məsələn:
- Əvvəl Salt olmadan:
- Təsəvvür edəkki, parol 12345-dir, SHA256 ilə hashləndikdə isə ABXX76CC…. 16-lıq say sistemində nəticə əldə edirik. (Bu əsl nəticə deyildir!)
- Xaker əvvəlcədən həmin sözü əvvəlcədən generasiya edə və ABXX76CC… ifadəsinin 12345 olduğunu öyrənə bilər. Beləliklə hash sındırıla bilər.
- Salt istifadə edərək:
- İndi istifadə edəcəyimiz texnika tətbiq edirik və nəticəni müqayisə edəcəyik. Salt + parol = ABC +12345 = ABC12345 (Burada 12345 paroluna ABC salt (duz) əlavə olundu.
- Beləliklə SHA256 nəticəsi FFFF55DD oldu. Amma xaker 12345 hash nəticəsini bilir bizim indi əldə etdiyimiz hashi sındıra bilməz vəya çətin olacaqdır.
Salt əlavə etməklə parol dəyişəcək və ziyankar şəxs onu lüğət hücumları ilə deşifrə edə bilməyəcəkdir. Həmçinin parol ilə birlikdə salt olaraq hər dəfə fərqli salt istifadə etsəniz, məsələn istifadəçinin adı və ya soyadı o zaman deşifrə edilməsi daha da çətin olacaqdır.
Ümid varam faydalı olmuşdur! Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat