Kriptoqrafiya nədir? Kriptoqrafiyanın əsasları nələrdir? Hashing nədir? Hashing əsasları nələrdir?Alqoritm nədir?SHA1 nədir? SHA1 harada istifadə olunur? Python ilə SHA1 hash etmək?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
SHA (Təhlükəsiz Hash Alqoritmi)
MD5 kimi SHA (Secure Shell Algorithm) hashing növü özündə daha təkmilləşdirilmiş və təhlükəsiz alqoritmi saxlayır. SHA hash alqoritminin bir neçə versiyası vardır. Məs: SHA versiya 0 olan ilk hash alqoritmi sayılır və artıq istifadə olunmur. SHA versiya 1 nəticə olaraq data 160 bit MD5 ilə müqayisə etsək MD5 -də 128 bitdir. SHA 1 nəticəsinin uzun olmasına baxmayaraq bu gün bu versiya təhlükəsiz sayılmır. SHA 2 versiya 1-in təkmilləşdirilmiş versiyasıdır və özündə 4 alt növü vardır:
- SHA 224
- SHA 256
- SHA 384
- SHA 512
SHA alqoritmlərinin adında olan rəqəmlər hash nəticəsi olan uzunluğu bildirir. Məs: SHA 224 versiyası nəticə olaraq uzunluğu 224 bit olan data generasiya edir.Daha sonra NİST təşkilatı SHA versiya 3ü bir neçə alt növü ilə (224,256,384 və 512 bit) təqdim etmişdir.
Müasir dövrümüzdə SHA3 hash alqoritmi ən təhlükəsiz hashing alqoritmlərindən biridir.İndi isə SHA alqoritminin hashing funksiyasının praktiki misalını yerinə yetirək. Bu misalda biz XAKER.AZ ifadəsini SHA 512 alqoritmi ilə hash dəyərini əldə edəcəyik:
Bunu etmək üçün istifadə edəcəyimiz Python kodu belədir:
from Crypto.Hash import SHA512
def sha512_hash(text):
hash_obj = SHA512.new()
hash_obj.update(text.encode('utf-8'))
return hash_obj.hexdigest()
hashed = sha512_hash("XAKER.AZ")
print(f"\nSHA-512 hash: {hashed}")
Python skriptini icra etdikdən sonra ifadənin SHA512 qarşılığı olan dəyəri görə bilərik:
┌──(venv)─(root㉿kali)-[~/Desktop/myenv]
└─# python3 sha512.py
SHA-512 hash: 97348493a28eb5ecfa86a20874f2e9fa3860837ba0c1a18a742ad7493d6a26b1cc121e2bd115542bced6521ca4af6d71a8d458911ae535a602f51548067ee0f8
Ümid varam faydalı olmuşdur! Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat