Port Yönləndirilməsi nədir?Pivoting nədir? Dinamik Port Yönləndirilməsi necə istifadə etmək olar? SSH ilə Port Yönləndirilməsi nədir? SSH Dinamik port yönləndirmə necə istifadə olunur?Dynamic Port Forwarding nədir?Dinamik port yönləndirmə istifadəsi necə olur? Chisel nədir? Chisel ilə Dinamik Port yönləndirmə necə edilir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Portların Dinamik Yönləndirilməsi
Bu mövzu port yönləndirmə seriyası üzrə ən yaxşı paylaşımdır.Elliot artıq öz istifadə edəcəyi hədəfə yaxın yerləşdirmişdir və ondan proxy server kimi istifadə edəcəkdir.Proxy server kimi istifadə etməsi sayəsində Elliot Dinamik Port yönləndirilməsini həyata keçirəcək və bütün trafiki həmin server üzərindən gedəcəkdir. Başqa sözlə desək Elliotun hədəf şəbəkəyə birbaşa girişi yoxdur,ancaq bu proxy server sayəsində Dinamik port yönləndirmə edərək hədəf şəbəkə ilə birbaşa əlaqəyə keçəcəkdir.

SSH ilə Dinamik Port Yönləndiriməsi
Hədəf server olan prod1.ecorp.local veb serveri 443 və 22 portları aktivdir. 443 portu TLS ,22 portu isə SSH servisi üçün aktivdir.
Elliotun proxy server yarandıqdan sonra digər alətləri məs: nmap istifadə etməsi üçün əlavə bir programdan istifadə edəcəkdir və bu Proxychains-dir.Proxychains proxy olaraq HTTP,SOCKS4 və SOCKS5 proxy serverlərdən istifadə edir.
İlkin olaraq Elliot hədəf server və öz cihazı arasında SSH tunel (Remote Port Forwarding ilə) yaradır. Öz Kali Linux cihazında aşağıdakı kommandanı icra edir:
ssh -R 443:127.0.0.1:22 [email protected]
Kommanda icrası sonrası SSH tunnel yaranır və Elliotun Kali cihazı 443 portunu dinləyir. Daha sonra Elliot 9050 portuna dinamik port yönləndirməni həyata keçirəcəkdir. Başqa sözlə desək 9050 portu SSH Tunellindən trafiki yönləndirəcəkdir. (SSH serverin məlumatları əvvəlcədən Elliot tərəfindən əldə edilib.)
ssh -D 127.0.0.1:9050 -p 443 [email protected]
Həmçinin Remote Port yönləndirmə etmədən birbaşa aşağıdakı üsulla Dinamik port yönləndirmə mümkündür:
ssh -D 9050 root@(hedef server ip)
Elliot port yönləndirmə üçün 9050 portunu təyin etmişdir, bu port default olaraq SOCKS4 üçün (əslində həmin portdan Tor üçün istifadə olunur.) təyin edilib.Əgər Elliot digər port nömrəsi təyin etsə idi, o zaman o /etc/proxychains.conf konfiqurasiya faylında dəyişiklik etməli idi.
┌──(root㉿kali)-[~]
└─# cat /etc/proxychains4.conf
# proxychains.conf VER 4.x
#
# HTTP, SOCKS4a, SOCKS5 tunneling proxifier with DNS.
# proxy types: http, socks4, socks5, raw
# * raw: The traffic is simply forwarded to the proxy without modification.
# ( auth types supported: "basic"-http "user/pass"-socks )
#
[ProxyList]
# add proxy here ...
# meanwile
# defaults set to "tor"
socks4 127.0.0.1 9050
Nəhayət ki Elliot proxychains alətindən istifadə edərək nmap və s alətlər icra edə və hədəf şəbəkəni analizini həyata keçirə biləcəkdir. Məs: Elliot hədəf şəbəkəni nmap ilə skan edir.
proxychains nmap -sn 10.10.1.0/24
Bu bir yoldur, digər yolu isə chisel adlanan alətin tətbiqidir.
Chisel ilə Dinamik Port Yönləndirmə
Chisel aləti bizə port yönləndirilməsində istifadə olunan alətdir və Hədəf ilə SSH kimi əlaqəmiz olmadıqda istifadə olunur. Server və kliyent növləri vardır və Hədəf cihazda server, bizim cihazda isə kliyent modun konfiqurasiya edilməlidir.
Hədəf cihazda konfiqurasiya edilməsi:
chisel server --socks5--port 4040
Hədəf cihazda chisel alətini server moduna alırıq, proxy növünü socks5 seçirik və 4040 portunu chisel arasi əlaqə üçün təyin edirik. 4040 portunu Firewall-dan aktiv olduğundan əmin olun yoxsa əlaqə alınmayacaqdır.
Bizim cihazda konfiqurasiya edilməsi:
chisel client 192.168.20.129:4040 9050:socks
Burada chisel alətini kliyent moda alırıq, chisel serverin ip adresini (hədəfin) və portunu qeyd edirik və socks5 proxysinin hansı portda işləyəcəyini təyin edirik. Daha sonra isə proxychains-dən istifadə edərək uyğun əməliyyatları yerinə yetirə bilərik.
proxychains nmap -sn 192.168.1.0/24
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat