Yeni AitM Phishing Toolkit Aşkarlanıb
Kibertəhlükəsizlik tədqiqatçıları Microsoft 365 giriş sessiyalarını ələ keçirmək üçün istifadə edilən “NovaCookies” adlı yeni AitM (Adversary-in-the-Middle) Phishing toolkit-inin təfərrüatlarını açıqlayıblar. Bu platforma istifadəçilərin autentifikasiya olunmuş sessiyalarını ələ keçirərək, onları Microsoft 365-ə giriş zamanı yönləndirmək üçün proksi kimi fəaliyyət göstərir.
Hücum Mexanizmi və Docusign Sui-istifadəsi
“NovaCookies” kampaniyaları orijinal Docusign bildirişlərindən sui-istifadə edir. Bu, hücum edənlərə qurbanları aldadaraq saxta giriş səhifələrinə yönləndirməyə imkan verir. Qurbanlar giriş məlumatlarını daxil etdikdə, NovaCookies sistemi bu məlumatları və autentifikasiya sessiyalarını ələ keçirir, beləliklə hücum edənlərə istifadəçinin Microsoft 365 hesabına icazəsiz daxil olmaq üçün yol açır.
Abunəlik Əsaslı Təhdid
The Hacker News nəşrinə verilən məlumata əsasən, Island şirkəti bu xidməti abunəlik əsaslı bir Phishing platforması kimi xarakterizə edir. Qeyd olunur ki, “NovaCookies” ayda 320 dollara təklif olunur. Bu cür xidmətlərin mövcudluğu, kibercinayətkarların kifayət qədər maliyyə imkanlarına malik olduqları təqdirdə mürəkkəb hücumları asanlıqla həyata keçirə biləcəklərini göstərir.