Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün İrəli səviyyə Enumeration başlığı altında Verilənlər Bazası servislərin ətraflı bir Enumeration yerinə yetirəcəyik.Əvvəlcə nəzəri sonra isə Metasploitable maşının köməyi ilə əməliyyatları praktiki olaraq görəcəyik.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Verilənlər Bazası Protokolları
Verilənlər Bazası (DataBase) – verilənlərin müyyən qaydalarla yığılmış mərkəzidir.Xakerlər hücumlarında əsas məqsəd kimi verilənlər və verilənlər bazasına diqqət edirlər.Ona görədə hər hansı bir proyekt üzərində işləyən zaman Verilənlər bazasının əhəmiyyətini bilməliyik və düzgün konfiqurasiya etməliyik. Bir çox kiber təhlükəsizlik mütəxəsisləridə əsas işlərindən biridə verilənlər bazasının təhlükəsizliyini artırmaqdır.Əgər sizin müştəriniz və ya iş sahibiniz buna əməl etmirsə, təbriklər siz sıxılmayacaqsınız işləməyə nəsə olacaq 🙂 .Bu başlıqda aşağıdakı verilən bazalarından danışacayıq:
- Microsoft SQL Server
- Oracle verilənlər bazası
- MySQL
Biz yuxarıdakı verilənlər bazalarına uyğun ətraflı skan yerinə yetirəcəyik.Exploit edilməsi gələcək paylaşımlarda olacaqdır.
Microsoft SQL Server (Port 1443)
Microsoft SQL Server verilənlər bazaları arasında populyardır və bir çox şirkərtlər tərəfindən istifadə olunur.Microsoft SQL Server ətraflı məlumatın toplanması üçün 2 əsas məqama baxmaq lazımdır.
İstifadəçi məlumatlarının Brute Force hücumu (sa – SQL Server susmaya görə istifadəçi adıdır).
- Microsoft SQL Server userlərinə Brute Force hücumu
hydra -L (user siyahısı) -P (şifrə siyahısı) mssql://ip
- Microsoft SQL Server sadə nmap skanı
nmap -sV -sC -p 1443 (ip)
- Microsoft SQL Server nmap ilə ətraflı skan edilməsi
nmap -sV -sC -p1443 --script=ms-sql* (ip)
Servisin versiyasına uyğun olaraq exlpoitin tətbiq edilməsi (Patch olmasa)
Oracle Verilənlər Bazası (Port 1521)
Oracle Verilənlər Bazası TCP protokolu üzərindən 1521 portundan istifadə olunur.Microsoft SQL Server üçün tətbiq etdiyimiz Enumeration üsulları da Oracle Verilənlər Bazası üçün keçərlidir. Yəni aşağıdakılardır:
- İstifadəçi məlumatlarının Brute Force hücumu
- Servisin versiyasına uyğun olaraq exlpoitin tətbiq edilməsi
- Oracle Verilənlər Bazasının nmap ilə sadə skan edilməsi
nmap -sV -sC -p 1521 (ip)
- Oracle Verinlər Bazasının nmap ilə ətraflı skan edilməsi
nmap -sV -p 1521 --script=oracle* (ip)
- Oracle Verilənlər Bazası userlərinin Hydra ilə BruteForce hücumu
hydra -L (user siyahısı) -P (şifrə siyahısı) -s 1521 (ip)
MySQL (Port 3306)
MySQL verilən bazası servisin TCP protokolu üzərindən 3306 portunu istifadə edir.Yenədə Enumeration strategiyası bu servis üçün eynidir. Bunlara kommandalar şəklində nəzər salaq:
- İstifadəçi məlumatlarının Brute Force hücumu
- Servisin versiyasına uyğun olaraq exlpoitin tətbiq edilməsi
- MySQL nmap ilə sadə skan edilməsi
nmap -sV -sC -p3306 (ip)
- MySQL servisinin nmap ilə ətraflı skan edilməsi
nmap -sV -p3306 --script=mysql* (ip)
- MySQL verilənlər bazasına Hydra ilə Brute Force hücumu
hydra -L (user siyahısı) -P (şifrə siyahısı) mysql://(ip)
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat