Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün İrəli səviyyə Enumeration yerinə yetirmək üçün nə lazım olduğu, həm hansı protokollardan istifadə olunduğu metasploitable maşını ilə bu enumeration əməliyyatlarını yerinə yetirəcəyik. Bu məqalə giriş üçün nəzərdə tutulmuşdur. Hər protokol üzrə ayrı-ayrı paylaşımlar olacaqdır.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
İrəli səviyyə Enumeration
Bu başlıq altında paylaşılacaq məlumatlarda biz ətraflı,yəni irəli səviyyə enumeration yerinə yetirəcəyik.
Enumeration– bizim servislərdən istifadə edə bilməyimizə imkan verən məlumatların toplanmasıdır(məs:FTP,SSH və s.).SSH üzrə nümunə götürsək biz SSH servisinin versiyasını yoxlayaraq əlavə məlumat əldə edə SSH login olması üçün düzgün istifadəçi məumatlarını əldə edə bilərik.Eləcədə bu Nmap ilə bu əməliyyatları yerinə yetirə bilərik.Bu paylaşım seriyasında bütün servislərə uyğun enumeration yerinə yetirməyəcik, həm buna səbəb paylaşım seriyasının çoxalması və məqsədimizin bu olmamasıdır. Bizim məqsədimiz müəyyən servislər üzərindən irəli səviyyə məlumat toplamağın (enumeration) nəzəriyyəsini öyrənməkdir, tətbiq etmədir.
Bu paylaşım seriyasında aşağıdakı servislər üzrə ətraflı məlumat toplayacayıq:
- FTP
- SSH
- Telnet
- SMTP
- POP3 və İMAP4
- Microsoft SQL
- Oracle verilənlər bazası
- MySQL
- Docker
- Jenkins
- HTTP/S
- RDP
- VNC
- SMB
- SNMP
Əvvəlki paylaşımlarda siz şəbəkənin skan etməyi və servisləri təyin etməyi öyrəndiniz.İndiki zamanda siz Nmap alətindən bu işlərində necə istifadə olunmalı olduğunuzu bilirsiniz.Hər bir hostun skanından sonra potensial zəifliklər və exploitlər barəsində araşdırmalıyıq.Məsələn skan etdyiniz hostun Linux əməliyyat sistemindən istifadə edir və üzərində SSH servisinin ,istifadəçilərin hədəfə bağlanmasına imkan verən servisin işlədyini öyrəndiniz.Daha sonra nə etmək fikriniz var? Növbəti paylaşımlarda populyar servislər haqqında məlumat toplamağın məntiqi strukturu barədə ətraflı məlumat əldə edəcəyik.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər! Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazgroup
Telegram (Chat): https://t.me/xakerazchat