Google şirkəti 2026-cı ilin iyun ayına dair buraxdığı yeniləmələrlə Android əməliyyat sistemindəki 124 təhlükəsizlik boşluğunu aradan qaldırıb. Bazar ertəsi yayımlanan bu yamalar arasında, aktiv istismara məruz qalan yüksək təhlükəli bir zəiflik xüsusi diqqət çəkir.
CVE-2025-48595 olaraq qeydə alınan və CVSS skoruna görə 8.4 bal alan bu boşluq, Android Framework komponentində aşkarlanıb. Təhlükəsizlik mütəxəssisləri onu istifadəçi müdaxiləsi tələb etməyən “privilege escalation” halı kimi təsvir edirlər. Bu o deməkdir ki, hücumçular istifadəçinin heç bir hərəkəti olmadan sistemdə imtiyazları yüksəldə bilər ki, bu da cihazın tam nəzarətə götürülməsinə və ya zərərli proqram təminatının quraşdırılmasına yol aça bilər. Android istifadəçilərinə sistemlərini ən qısa zamanda yeniləmələri tövsiyə olunur.