Siber təhlükəsizlik tədqiqatçıları OpenClaw proqramında məlumat oğurluğu (Data Theft), imtiyazların yüksəldilməsi (Privilege Escalation) və sistemdə davamlılıq (Persistence) əldə etməyə imkan verən dörd yeni təhlükəsizlik boşluğunu aşkar ediblər.
Bu zəifliklər birlikdə zəncirvari hücum üçün istifadə oluna bilər. Cyera şirkəti tərəfindən “Claw Chain” adlandırılan bu boşluqlar, hücumçulara sistemə giriş əldə etməyə (foothold), həssas məlumatları ifşa etməyə və sistemə backdorlar yerləşdirməyə imkan verir.