Weaver E-cology Platformasında Kritik RCE Boşluğu Aktiv Şəkildə İstismar Edilir
Müəssisələr üçün nəzərdə tutulmuş ofis avtomatlaşdırması (OA) və əməkdaşlıq platforması olan Weaver (Fanwei) E-cology-də ciddi təhlükəsizlik boşluğu aşkarlanıb və hazırda aktiv şəkildə istismar edilir. CVE-2026-22679 identifikasiyalı və CVSS reytinqi 9.8 olan bu kritik zəiflik, icazəsiz (unauthenticated) Remote Code Execution (RCE) tiplidir.
Sözügedən boşluq, Weaver E-cology 10.0 versiyalarının 20260312 tarixindən əvvəlki buraxılışlarına təsir edir. Problemin mənbəyi ‘/papi/esearch/data/devops/’ yolunda yerləşən Debug API vasitəsilə icazəsiz əməliyyatların yerinə yetirilməsidir. Bu o deməkdir ki, hücumçular autentifikasiyadan keçmədən sistem üzərində zərərli kodları uzaqdan icra edə bilirlər.
RCE boşluğu, hakerlərə sistem üzərində tam nəzarət əldə etməyə, məlumatları oğurlamağa, zərərli proqram təminatı (Malware) yerləşdirməyə və ya digər təhlükəli fəaliyyətləri həyata keçirməyə imkan verir. Təhlükəsizlik mütəxəssisləri, Weaver E-cology istifadəçilərini sistemlərini dərhal yeniləməyə və bu boşluğu bağlamaq üçün təcili tədbirlər görməyə çağırır. Şirkətlərə həmçinin, daxili şəbəkə monitorinqini gücləndirmək və şübhəli fəaliyyətləri izləmək tövsiyə olunur.