Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Məlumatların Toplanması başlığı altında Kali Linux əməliyyat sistemində var olan alətlərdən və proqramlardan istifadə edərək kəşfiyyat və penetration testlərində vacibliyini əhatə edəcəyik.
Kali Linux köməyi ilə informasiya toplamaq
Kali Linux əməliyyat sisteminə passiv məlumat toplanması, kəşfiyyat üçün bir çox alətlər proqramlar quraşdırılmışdır.
Onlardab bəziləri öz funksiyalarına heç bir qadağa olmadan istifadə edə bilərsiniz (məs: DMitry), amma bəzi alətlər isə illik abunəliyi verilməsə funksiyalarında bəzi qadağalar qoya bilirlər(Maltego).Bu paylaşımda informasiya spesifik və təməl alətlərindən məlumatlanacayıq.Kali Linux ƏS-də yerləşən kəşfiyyat (OSİNT) alətləri, proqramları:

Whois
Hər bir hüquqi şəxs (şirkət və ya ayrı şəxs) domain adının qeydiyyatını yerinə yetirmək üçün bəzi informasiyaları təqdim etməlidirlər.Onun böyük bir hissəsi Whois verilənlər bazasında yerləşir. Belə olduqda istənilən şəxs sizin haqqınızda məlumatı öyrənə bilər? Narahat olmağa ehtiyac yoxdur bəzi domain adı satışı yerinə yetirən şirkətlər müəyyən məbləğ daxilində sizin informasiyalarınızı qoruyur. Whois verilənlər bazasında məlumat əldə etmək üçün sadəcə Kali Linuxda Whois kommandasından istifadə edə bilərik.
whois (domain adi)
Aşağıda isə google.com domain adının sorğusunu yerinə yetirib nəticələrə baxa bilərik:
┌──(root㉿kali)-[~]
└─# whois google.com
Domain Name: GOOGLE.COM
Registry Domain ID: 2138514_DOMAIN_COM-VRSN
Registrar WHOIS Server: whois.markmonitor.com
Registrar URL: http://www.markmonitor.com
Updated Date: 2019-09-09T15:39:04Z
Creation Date: 1997-09-15T04:00:00Z
Registry Expiry Date: 2028-09-14T04:00:00Z
Registrar: MarkMonitor Inc.
Registrar IANA ID: 292
Registrar Abuse Contact Email: [email protected]
Registrar Abuse Contact Phone: +1.2086851750
İnformasiyala çox olduğu üçün qısaltdım özünüz terminalda bunu yerinə yetirsəniz nə qədər ətraflı məlumat verdiyini özünüzdə görəcəksiniz. Ümumi olaraq whois aşağıdakı məlumatları bizə çatdırır:
- Alıcının adı
- Əlaqə telefonu
- Hüquqi şəxsin ünvanı
- Domainin vaxtının bitmə müddəti
- NS serverləri
TheHarvester
Fişinq və sosial mühəndislik hücumu etmək istədiyiniz zaman email hesablarının email ünvanlarını bilmək onların siyahısını əldə etmək həmin hücumları yerinə yetirərkən siz böyük qatqısı olacaqdır.Ümumi olaraq isə email ünvanları sadə quruluşa sahibdirlər (istifadəçiadı@domain.tld).
Bunu yerinə yetirmək üçün bir çox alətlər vardır. Onlardan biri olan və müəyyən qədər tarixi olan, vaxtının keçməsinə baxmayaraq hələdə normal işləyən TheHarvester alətidir. Alət emaillərin tapılması üçün Google axtarış sistemindən istifadə edir.
theHarvester -d (domain) -b (onlayn resurs) -s
┌──(root㉿kali)-[~]
└─# theHarvester -d xaker.az -b all -s
Read proxies.yaml from /root/.theHarvester/proxies.yaml
*******************************************************************
* _ _ _ *
* | |_| |__ ___ /\ /\__ _ _ ____ _____ ___| |_ ___ _ __ *
* | __| _ \ / _ \ / /_/ / _` | '__\ \ / / _ \/ __| __/ _ \ '__| *
* | |_| | | | __/ / __ / (_| | | \ V / __/\__ \ || __/ | *
* \__|_| |_|\___| \/ /_/ \__,_|_| \_/ \___||___/\__\___|_| *
* *
* theHarvester 4.6.0 *
* Coded by Christian Martorella *
* Edge-Security Research *
* [email protected] *
* *
*******************************************************************
[*] Target: xaker.az
[*] Searching Anubis.
Searching 0 results.
[*] Searching Bing.
An exception has occurred: 400, message='Got more than 13000 bytes (14749) when reading Header value is too long.', url='https://search.brave.com/search?q=%22xaker.az%22&offset=0&source=web&show_local=0&spellcheck=0'
Searching results.
[*] Searching Certspotter.
[*] Searching Baidu.
An exception occurred: list index out of range
Unclosed client session
client_session: <aiohttp.client.ClientSession object at 0x7fd2fa5f06b0>
[*] Searching Dnsdumpster.
[*] Searching Duckduckgo.
An exception has occurred: 400, message='Got more than 13000 bytes (14749) when reading Header value is too long.', url='https://search.brave.com/search?q=%22xaker.az%22&offset=1&source=web&show_local=0&spellcheck=0'
[*] Searching Hackertarget.
[*] Searching Otx.
[*] Searching CRTsh.
An exception has occurred: 400, message='Got more than 13000 bytes (14749) when reading Header value is too long.', url='https://search.brave.com/search?q=%22xaker.az%22&offset=2&source=web&show_local=0&spellcheck=0'
[*] Searching Rapiddns.
Sitedossier module has triggered a captcha on first iteration, no results can be found.
Change IPs, manually solve the captcha, or wait before rerunning Sitedossier module
[*] Searching Sitedossier.
[*] Searching Subdomaincenter.
[*] Searching Subdomainfinderc99.
An exception has occurred: 500, message='Attempt to decode JSON with unexpected mimetype: text/html; charset=utf-8', url='https://api.threatminer.org/v2/domain.php?q=xaker.az&rt=5'
An exception has occurred: 400, message='Got more than 13000 bytes (14749) when reading Header value is too long.', url='https://search.brave.com/search?q=%22xaker.az%22&offset=3&source=web&show_local=0&spellcheck=0'
[*] Searching Urlscan.
[*] Searching Yahoo.
An exception has occurred: 400, message='Got more than 13000 bytes (14749) when reading Header value is too long.', url='https://search.brave.com/search?q=%22xaker.az%22&offset=4&source=web&show_local=0&spellcheck=0'
[*] Searching Brave.
[*] ASNS found: 1
--------------------
AS12586
[*] Interesting Urls found: 1
--------------------
https://xaker.az/
[*] LinkedIn Links found: 0
---------------------
- -d — domain adını bildirmək üçün istifadə olunur.
- -s — Shodan axtarış sistemindən istifadə etməsini bildiririk.
- -b — İstifadə olunacaq onlayn resursların adıdır.( Hamısıs üçün all yazılmalıdır.)
DMitry
DMitry alətinin mənası “informasiya toplamaq üçün qara magiyadan istifadə edən alət deməkdir” (deepmagic information gathering tool) deməkdir. O bir çox əməliyyatları yerinə yetirir:
- -w — Whois sorğusunu yerinə yetirir.
- -n — Hədəf haqqında netcraft.com yazılarını əldə edir.
- -s — subdomain axtarışını yerinə yetirir.
- -e — Emaillərin axtarışını yerinə yetirir.
- -p — Açıq tcp portlarının skan edilməsi.
dmitry -wnse (domain adı)
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər! Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazgroup
Telegram (Chat): https://t.me/xakerazchat