Şəbəkənin Skan Edilməsi üzrə məlumat əldə edəcəyik və DNS hücumları olan DNS brute force, DNS zona transferi,subdomain tapılmasını praktiki yerinə yetirəcəyik.
DNS Hücumları
DNS hücumlarını təşkil etmək sizə hədəf şəbəkəni tanımaqda ətraflı bir təsəvvür yaradacağı üçün bu mövzuda şəbəkənin skan edilməsi başlığı altında baxılır.Bundan əlavə olaraq başlayacağımız hər hansı proyekt üzərində subdomain axtarışını DNS ilə həyata keçirəcəyik.
DNS Brute-Force
Domain adlarını axtarmaq üçün brute force üsulu ilə bir çox alətlər vardır.İlk öncə metodologiyasını Bash scriptində yazacağımız kodda öyrənərək yerinə yetirək. Əvvəlcə potensial olaraq subdomain ola bilərəcək domainləri bir siyahı şəklində faylda saxlayırıq.
www
vpn
prod
api
ctf
dev
ftp
mail
Qeyd:Bu bizim izah üçün istifadə etdiyimiz siyahıdır pratikada istifadə üçün aşağıdakı siyahıdan istifadə edə bilərsiniz.
https://github.com/danielmiessler/SecLists/tree/master/Discovery/DNS
İndi isə Bash scriptini yazaraq işə başlayaq:
#!/bin/bash
#Bu skript subdomain axtarisi ucundur
#ISTIFADECI domain daxil edir.
read -p "Domain daxil edin:" DOMAIN_NAME
function check_domain(){
#host kommandasindan istifade ederek subdomain enum
results=$(host $SUB_DOMAIN | grep 'has address')
#eger netice varsa
if [[ -n $results ]]
then
printf "FOUND $SUB_DOMAIN\n"
fi
}
#fayli oxumaq
for sub in $(cat siyahi.txt)
do
SUB_DOMAIN=$sub.$DOMAIN_NAME
check_domain
done
Hədəf domain olaraq xaker.az domaini daxil etdim və nəticə ilə tanış olaq:
┌──(root㉿kali)-[~/Desktop]
└─# ./dnsbrute.sh
Domain daxil edin:xaker.az
FOUND www.xaker.az
FOUND ctf.xaker.az
DNS ZONE Transferi
Əsas DNS serverində olan yazıların tabeliyində olan digər DNS serverinə köçürülməsi DNS Zone Transferi adlanır.Biz bu üsulla əsas DNS serverində yerləşən bütün subdomainləri əldə edə bilərik.Bu üsul çox az hallarda işləsədə əgər belə bir açıq tapsanız sizi subdomainlər gözləyir 🙂 .
host -t ns (domain adı) | cut -d " " -f 4
┌──(root㉿kali)-[~/Desktop]
└─# host -t ns google.com | cut -d " " -f 4
ns4.google.com.
ns1.google.com.
ns3.google.com.
ns2.google.com.
Əgər biz domain adını biliriksə, DNS serverindəki yazılarıda sorğuluya bilərik.Gəlin ns1 serverini host kommandası ilə sorğulayaq.
┌──(root㉿kali)-[~/Desktop]
└─# host -l google.com ns1.google.com
Using domain server:
Name: ns1.google.com
Address: 216.239.32.10#53
Aliases:
; Transfer failed.
Əvvəlki paylaşımlardan Bash haqqında əldə etdiyimiz məlumatlar ilə bunu avtomatikləşdirə bilərsiniz.
Suddomain Axtarış Alətləri
Subdomainlərin axtarışı üçün bir çox proqramlar,alətlər mövcuddur.Ona görə alətlərin nə etdiklərini bilmək lazımdır. Əsaslı axtarış üçün isə alət aşağıdakı əməliyyatları yerinə yetirməlidir.
- Siyahı əsasında subdomainlərin brute force hücumunu yerinə yetirməlidir.
- DNS Zone Transferini mümkünlüyünü yoxlamalıdır.
- Google kimi axtarış matorlarında subdomain axtarışı yerinə yetirməlidir.
Fierce
Fierce – subdomainlərin axtarışı üçün mükəmməl bir alətdir.Fierce yuxarıda qeyd etdiyimiz bütün əməliyyatları yerinə yetirir, həmçinin o sürətlidir.Özünəxas mükəmməl bir siyahısı vardır.
fierce --domain (domain adı)
┌──(root㉿kali)-[~/Desktop]
└─# fierce --domain google.com
NS: ns4.google.com. ns1.google.com. ns2.google.com. ns3.google.com.
SOA: ns1.google.com. (216.239.32.10)
Zone: failure
Wildcard: failure
Found: 1.google.com. (142.250.74.14)
Nearby:
{'142.250.74.10': 'arn09s21-in-f10.1e100.net.',
'142.250.74.11': 'arn09s21-in-f11.1e100.net.',
'142.250.74.12': 'arn09s21-in-f12.1e100.net.',
'142.250.74.13': 'arn09s21-in-f13.1e100.net.',
'142.250.74.14': 'arn09s21-in-f14.1e100.net.',
'142.250.74.15': 'arn09s21-in-f15.1e100.net.',
'142.250.74.16': 'arn09s21-in-f16.1e100.net.',
'142.250.74.17': 'arn09s21-in-f17.1e100.net.',
'142.250.74.18': 'arn09s21-in-f18.1e100.net.',
'142.250.74.19': 'arn09s21-in-f19.1e100.net.',
'142.250.74.9': 'arn09s21-in-f9.1e100.net.'}
Found: about.google.com. (142.250.74.14)
Found: academico.google.com. (172.217.21.164)
Subdomain axtarışında yalnız bir alətlə yekunlaşmayın. Digər alətlərdən də istifadə edin hər bir alətin öz mənfi və müsbət cəhətləri vardır.Bəzi alətləri aşağıda yerləşdirmişəm.(Githubda axtarış ilə tapa bilərsiniz)
- sublist3r.py
- subbrute.py
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazgroup
Telegram (Chat): https://t.me/xakerazchat