Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Şəbəkənin Skan Edilməsi üzrə məlumat əldə edəcəyik və Portların və servislərin skan edilməsini praktiki yerinə yetirəcəyik.
Portların və servislərin skan edilməsi
Şəbəkənin skan edilməsi zamanı həll edilməsi vacib olan məsələlərdən biridə hədəf sistemdə açıq portların tapmaqdır. Bəs niyə? Təsəvvür edinki hədəf sistem yalnız 80 portunda deyil həmdə digər portlarda web servisi vardır bunu bilmək üçün isə port skanı mütləq edilməlidir.Nmap aləti ilə bunu necə edəcəyimizi öyrənək.
TCP portlarının SYN skanı
Nmap alətində şəbəkəni skan etmək üçün bir çox parametr mövcuddur, TCP portlarının skan edilməsində isə SYN skanını tövsiyyə edirəm.Hər hansı bir parametr bildirməsəz də Nmap susmaya görə SYN skanı edəcəkdir.
nmap -sS (ip adress/diapazon)
İstifadə olunan parametr (sS) scanning SYN deməkdir, yəni SYN skanı edilməsi.Bir çox insanlar tərəfindən bu həm də gizli skan da adlandırılır.Aşağıda isə SYN skanının necə işləyini başa düşəcəyik.
Nmap sS parametri ilə əməliyyata başlayanda ilkm olaraq hədəf sistemə SYN sorğusu göndərir və cavabında SYN/ACK cavabı gəlmişsə onda port açıqdır yox əgər gəlməyibsə, ya port qapalıdır ya da ki port filtrlənmişdir.Məlumat üçün demək lazımdırki, portun filtrlənməsi portun qorunması deməkdir.
┌──(root㉿kali)-[~]
└─# nmap -sS 192.168.10.33
Starting Nmap 7.95 ( https://nmap.org ) at 2025-03-04 20:51 +04
Nmap scan report for ravanmalikov-VMware-Virtual-Platform.local (192.168.10.33)
Host is up (0.0019s latency).
Not shown: 999 closed tcp ports (reset)
PORT STATE SERVICE
22/tcp open ssh
MAC Address: 00:0C:29:B3:80:5F (VMware)
Nmap done: 1 IP address (1 host up) scanned in 0.70 seconds
UDP portların skan edilməsi
Bəs UDP portlarının skan edilməsi necə baş verir?Nmap alətində UDP portlarının skan edilməsi üçün sU parametrindən istifadə edilməlidir.
nmap -sU (ip adress/diapazon)
Mütləq qeyd etmək lazımdırki, UDP bağlantının qurulmaması səbəbindən portların skan edilməsi biraz gec baş verir.Bunun tez baş verməsi üçün T5 parametrindən istifadə edərək tez bitməsini təmin edə bilərik, amma bu qədər sürətli paketlərin göndərilməsi şəbəkənin branduameri tərəfindən sizin İP adresiniz bloklana bilər.İnternet ortamında nmap skanı edilməsi üçün ən səmərəli vaxt intervalı T2-dir. Bu interval ilə siz hədəfində firewalını problemsiz keçə bilərik.
nmap -sU -T5 (ip adress/diapazon)
Nəhayət UDP skanında portun açıq yoxsa qapalı olduğunu bilmək üçün Nmap hədəfə UDP sorğusu göndərir.Əgər hədəf sistemdən nmap alətinə cavab gəlsə və ya gəlməsə onda port açıqdır.
Bu zaman əgər nmap İCMP xətası alırsa, port ya qapalıdır ya da filtrlənir.
┌──(root㉿kali)-[~]
└─# nmap -sU 192.168.10.16
Starting Nmap 7.95 ( https://nmap.org ) at 2025-03-04 21:05 +04
Nmap scan report for kali (192.168.10.16)
Host is up (0.0000080s latency).
Not shown: 998 closed udp ports (port-unreach)
PORT STATE SERVICE
5353/udp open|filtered zeroconf
5355/udp open|filtered llmnr
Nmap done: 1 IP address (1 host up) scanned in 1.76 seconds
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat