Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Şəbəkənin Skan Edilməsi üzrə məlumat əldə edəcəyik və Aktiv hostların hansı üsullarla təyin olunduğunu praktiki yerinə yetirəcəyik.
Şəbəkənin Skan Edilməsi
Əvvəlki paylaşımlardan şəbəkənin necə işlədiyini öyrəndikdən sonra şəbəkənin skan edilməsi üzrə vacib əməliyyatlardan biri də aktiv hostların təyin edilməsidir.
Aktiv hostların təyin edilməsi
Şəbəkə aktiv hostların təyin edilməsi üçün bir neçə yolu vardır.Bunlara aşağıda nəzər yetirəcəyik.
Ping
Şəbəkə əlaqəsinin tez bir zamanda təyin etmək üçün ping-dən istifadə edə bilərsiniz.Bəs ping-in prinsipləri nələrdir?
Siz ping kommandasından istifadə etdikdə sizin Kali Linux cihazınız təyinat nöqtəsinə (hədəfə) echo-request paketi göndərir bunun qarşılığında hədəf cihazda cava b olaraq echo-reply paketini göndərir. Belələlikə biz deyə bilərikki, hədəf aktivdir.Ping kommandası Sistem Administratorları üçün təyin edilmişdir və bir çox hallarda onlar tərəfindən istifadə olunur.Amma biz mütləq fərqlənməliyik elə deyil? Müəyyən zaman sonra siz başa düşəcəksinizki niyə pingdən deyildə nmapdan istifadə etməlisiniz.Buna səbəb isə sistem administratorların xakerlərin və digər ziyankarların hostları aktivliyini yoxlaya bilməməsi üçün İCMP echo paketlərini Branduamer səviyyəsində bloklayır.
ARP
ARP (Address Resolution Protocol) – lokal şəbəkədə İP adreslərini fiziki MAC adresslərinə çevirən fantastik bir utilitdir deyə bilərik.
Kali Linux terminal ekranında arp-scan kommandası ilə arp cədvəlindən bizə lazım olan aktiv hostları təyin edə bilərik.
┌──(root㉿kali)-[~]
└─# arp-scan 192.168.10.1/24
Interface: eth0, type: EN10MB, MAC: 00:0c:29:bb:e9:4a, IPv4: 192.168.10.16
WARNING: host part of 192.168.10.1/24 is non-zero
Starting arp-scan 1.10.0 with 256 hosts (https://github.com/royhills/arp-scan)
192.168.10.1 00:50:56:c0:00:01 VMware, Inc.
192.168.10.2 00:50:56:f5:79:9e VMware, Inc.
192.168.10.254 00:50:56:ef:6b:98 VMware, Inc.
3 packets received by filter, 0 packets dropped by kernel
Ending arp-scan 1.10.0: 256 hosts scanned in 2.092 seconds (122.37 hosts/sec). 3 responded
Nmap
İndi isə vaxt gəldi şəbəkələrin aktiv hostlarının təyin edilməsində istifadə etdiyim vacib və sevimli alət olan Nmap haqqında danışmağa.Aktiv hostları təyin etmək üçün aşağıdakı parametrlərdən istifadə etməliniz.
nmap -sn (İP adrress/diapazon)
Parametləri haqqında məlumatlanaraq daha yaxşı yadımızda qalacağına inanıram:
- n “No” sözünü bildirir və yox,xeyr kimi tərcümə olunur.
- s isə “Scan” sözünü bildirir və skan deməkdir.
Bu o deməkdir ki şəbəkənin skanı gedir port nömrələri xaric.(No Port Scan) Bir çoxları buna ping deyir,amma bunu əvvəlki başlıqda öyrəndiyimiz İCMP ping ilə səhv salmamalıyıq.İndi isə bu alətin aktiv hostları təyin etmək üçün etdiyi tədbirlərə, əməliyyatlara baxaq.
- İCMP echo paketləri göndərir yəni ping atır.Əgər cavab gəlməzsə mütamadi təkrarlayır.
- Bundan əlavə İCMP time request göndərir.
- ACK paketini hədəfin 80 portuna və SYN paketini 443 portuna göndərir.
- Ən sonda isə ARP sorğusu göndərir.
Gördüyünüz kimi nmap digər alətlərə nisbətən bu məsələdə daha güclüdür və hostdan əl çəkmir. 🙂 İndi isə bunu terminalda yerinə yetirək.Əvvəlcədən demək lazımdırki, əgər siz root və ya sudo qrupunun üzvü deyilsinizsə nmap bəzi qadağalar qoya bilər.
┌──(root㉿kali)-[~]
└─# nmap -sn 192.168.10.1/24
Starting Nmap 7.95 ( https://nmap.org ) at 2025-03-03 22:14 +04
Nmap scan report for 192.168.10.1
Host is up (0.00033s latency).
MAC Address: 00:50:56:C0:00:01 (VMware)
Nmap scan report for _gateway (192.168.10.2)
Host is up (0.00031s latency).
MAC Address: 00:50:56:F5:79:9E (VMware)
Nmap scan report for 192.168.10.254
Host is up (0.00017s latency).
MAC Address: 00:50:56:EF:6B:98 (VMware)
Nmap scan report for kali (192.168.10.16)
Host is up.
Nmap done: 256 IP addresses (4 hosts up) scanned in 15.23 seconds
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat